Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel (7-11-2014, 11:20)
“Eldar Namazov iqtidarın yetişdirdiyi kadrlardan biridir“

Ermənilərlə birgə sənədə imza atmaq cinayətdirmi?

 

“Azərbaycan Naminə” İctimai Forumun rəhbəri Eldar Namazovun Finlandiyada Ermənistanın keçmiş milli təhlükəsizlik naziri David Şahnazaryanla birgə bəyanat imzalamasına ölkəmizdə etirazlar var. Ən sərt etirazlar hakimiyyət təmsilçiləri tərəfindən səslənir. Eldar Namazov və ermənilərlə birgə sənədə imza atan digər şəxslər Ermənistanın maraqların xidmətdə suçlanır. İddia edilir ki, onlar Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın xeyrinə olan addım atıblar. 
Qeyd edək ki, belə vəziyyət birinci dəfə deyil yaranır. Azərbaycandan hansısa siyasi partiya, ictimai təşkilat təmsilçiləri beynəlxalq əməkdaşlıq müstəvisində zaman-zaman Ermənistanlı həmkarları ilə birgə tədbirlərə qatılıblar, birgə sənədlərə imza atıblar. Hər dəfə həmin insanlar hücuma məruz qalıb, maraqlarımızı satmaqda ittiham olunurlar. 
ADP sədri Sərdar Cəlaloğlu isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, müharibə aparan tərəflər həmişə əks tərəfdə özünün maraqlarına xidmət eləyən, onun mövqeyinə dəstək verən qüvvələr axtarıb tapmağa cəhd eləyir. Tarixin bütün dövrlərindəki müharibələrdə, münaqişələrdə belə olub. Burada heç bir təəccüblü bir hal yoxdur. Bu baxımdan biz Ermənistan tərəfindən mümkün qədər çox insanları tapıb bizə xidmət etmələri üçün onlarla əməkdaşlıq eləməliyik ki, münaqişə ədalətli həll olunsun: “Məsələn, Ermənistan Ali Sovetində deputat Akopyan var. O, dəfələrlə məsələ qaldırıb ki, Dağlıq Qarabağ Azərbaycanındır və bu münaqişə Ermənistanı inkişafdan geri qoyur. Ermənistanda onu asmaq istəyirdilər. Biz niyə Akopyan və onun kimi düşünən ermənilərlə əməkdaşlıq eləməli deyilik. Ermənistanda demokratik hərəkatın rəhbərlərindən biri Ayrikiyan vaxtilə bizə məktub göndərmişdi ki, gəlin bir-birimizlə vuruşmayaq, bizim birgə düşmənimiz sovet hökumətidir, ona qarşı vuruşaq, Cənubi Qafqazdan Rusiyanın getməsinə nail olaq, sonra öz aramızda mübahisəni dinc yolla həll edək. O vaxt çox adam Ayrikiyanın çağırışına fikir vermədi. Nəticədə ruslar qazandı. Biz çalışmalıyıq ki, ermənilər sırasından Azərbaycanın ədalətli mövqeyini müdafiə edən insanları tapaq, həmin insanların orada gücə, hərəkata çevrilməsinə çalışaq. Bu, Azərbaycan hökumətinin də, müxalifətinin də, vətəndaş cəmiyyətinin də siyasəti olmalıdır”.
S.Cəlaloğlunun sözlərinə görə, insanlar məqsədlərinə görə mühakimə olunmalıdır, atdığı addıma görə yox: “Konkret olaraq Eldar Namazovun hansı bir sənədə hansı şərtlər daxilində imza atdığı şəxsən mənə məlum deyil. Biz sənədlə tanış olub sənədi mühakimə edə bilərik. Yoxsa Eldar Namazovun hansısa bir erməni ilə oturub hansısa bir sənəd imzalaması qəbahət hesab edilə bilməz. Bəlkə elə o sənəd doğrudan da Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına ermənilərin müəyyən mənada razılığını nəzərdə tutur. Belə olduğu halda biz onu alqışlamalıyıq, Eldar Namazova da milli qəhrəman adı verməliyik. Eldar Namazov bu iqtidarın yetişdirdiyi kadrlardan biridir. Ola bilməz ki, Heydər Əliyevin köməkçisi olmuş adam Azərbaycan dövlətinə xəyanət etsin”.
Həmsöhbətimiz onu da dedi ki, bu gün bütün dünyada qəbul edilib ki, münaqişələrdə rəsmi diplomatiya ilə əldə edilməyən nəticələr xalq diplomatiyası ilə əldə edilə bilər: “Şəxsən məni Ermənistan Demokrat Partiyası ilə görüşə dəvət edəcəklərsə, dünyanın harasında olur-olsun böyük məmnuniyyətlə o görüşdə iştirak edib çalışaram ki, Azərbaycanın mövqeyinin ədalətli olduğunu sübut eləyim. Buna görə insanları ittiham etmək lazım deyil. Əgər kimlərsə, Qarabağ probleminin məsuliyyətini bölüşürsə, çiynini yükün altına verirsə, xidmətini təklif edirsə, hökumət bunu alqışlamalıdır. Təəssüf ki, hakimiyyət təmsilçiləri əksini nümayiş etdirirlər. Hesab edirəm ki, bu cür məsələlərdə hökumətin sərt mövqe tutması Dağlıq Qarabağ probleminin həllində maraqlı olmaması ilə bağlıdır”. 
ADP sədri sonda onu vurğuladı ki, xalq diplomatiyası ilə məşğul olan insanlar mütləq öz fəaliyyətlərini tam aşkarlıq şəraitində qurmalıdırlar. 
Sonda qeyd edək ki, E.Namazovun ermənilərlə birgə imzal adığı müraciətdə Azərbaycan və Ermənistan rəhbərliyi tənzimlənmə prinsiplərinin ayrı-ayrı müddəalarının müxtəlif şəkildə şərh edilməsinə və bir sıra məsələlər üzrə fikir ayrılıqlarının mövcudluğuna baxmayaraq, təxirə salmadan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin 7 may 2014-cü il tarixli təşəbbüsü və ATƏT-in Minsk Qrupu həmsədrlərinin 12 may 2014-cü il tarixli bəyanatı əsasında Dağlıq Qarabağ məsələsinin nizamlanmasında Sülh Sazişinin işlənib hazırlanmasına başlamağa çağırılır. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024