Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (4-11-2014, 19:20)
"Eldar Namazov Şahnazaryanın material verənidir" - deputat

Bu gün Eldar Namazovun Dağlıq Qarabağla bağlı, ümumiyyətlə Azərbaycanın adı ilə bağlı hər hansı bir sənədə imza atmağa heç bir hüququ yoxdur. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Azərbaycan Naminə İctimai Forumun rəhbəri E.Namazovla Ermənistanın "Razılıq” Siyasi və Hüquqi Təhqiqatlar Mərkəzinin direktoru David Şahnazaryanın Finlandiyanın Helsinki şəhərində birgə bəyanat imzalamasına münasibət bildirərkən deyib.

S.Novruzov qeyd edib ki, E.Namazov ictimai təşkilatın rəhbəri ola bilər, lakin yalnız öz adından danışa bilər: “Azərbaycan xalqının, Azərbaycan dövlətinin adından isə kimlərləsə sənəd imzalamağa heç bir hüququ yoxdur. Bu məsələnin hüquqi tərəfi. Digər dərəfdən, Eldar Namazovun mənəvi baxımdan da Dağlıq Qarabağla bağlı hər hansı bir sənəd imzalamağa haqqı çatmır. Çünki xalqın məsələləri, problemləri ilə bağlı Eldar Namazov həmişə antiazərbaycan mövqeyində olub. Onun bütün fəaliyyətindən bəllidir ki, o, heç vaxt Azərbaycanın milli maraqlarını müdafiə etməyib. Hansısa xarici qüvvələrin maraqlarının müdafiəçisinə çevrilib və daim də ara qarışdırmaqla məşğul olub”.

O, əlavə edib ki, ümumilikdə E.Namazovla bu sənədi imzalayanın ağlı yoxdur: “Həm də o Şahnazaryan Leyla Yunusun yaxın dostudur. Səhv etmirəmsə, Şahnazaryan 90-cı illərdə Ermənistanın milli təhlükəsizlik naziri işləyib və onun da fəaliyyəti Azərbaycan əleyhinə materiallar toplayaraq müxtəlif instansiyalara ötürməkdir. Eldar Namazov kimiləri də birbaşa onun material verənləridir".

Qeyd edək ki, Azərbaycan Naminə İctimai Forumun rəhbəri E.Namazovla Ermənistanın "Razılıq” Siyasi və Hüquqi Təhqiqatlar Mərkəzinin direktoru D.Şahnazaryan Finlandiyanın Helsinki şəhərində birgə bəyanat imzalayıblar. Onlar bəyanatda 2010-cu il dekabrın 8-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Müstəqil Vətəndaş Minsk Prosesi (MVMP) çərçivəsində sənəd imzaladıqlarını da xatırladıblar. Bəyannamədə tərəfləri hərbi ritorikaya, münaqişənin gərginləşməsinə yönələn siyasi və informasiya xarakterli aksiyalara son qoymağa, münaqişənin nizamlanması üçün “Yol xəritəsi”nin hazırlanmasına başlamağa çağırdıqlarını qeyd ediblər.
 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024