Siyasət / Slayd (14-09-2014, 11:51)
AST Telman vətəndaşlığını dəyişir
"AST Telman” kimi tanınan azərbaycanlı iş adamı Telman İsmayılov Türkiyə vətəndaşı olur
Türkiyə Böyük Millət Məclisinin (TBMM) daxili işlər komissiyasının rəhbəri, hakim Ədalət və İnkişaf Partiyasından (AKP) seçilmiş deputatı Ziyaeddin Akbulut bildirib ki, yeni qəbul edilən "Türk Vətəndaşlığı Qanunu” Türkiyəyə investisiya vəsaiti yatıran əcnəbilərin ölkə vətəndaşı olmasını asanlaşdıracaq.
TBMM-nin üzvü deyib ki, Antalyaya 1.4 milyard dollarlıq otel biznesi ilə investisiya vəsaiti yatıran azərbaycanlı iş adamı Telman İsmayılov da bundan sonra Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə rahatlıqla Türkiyə vətəndaşı ola biləcək.
Z.Akbulut əlavə edib ki, artıq sözügedən qanun Türkiyə Prezidenti tərəfindən də qəbul edilib.
Xatırladaq ki, Rusiyada yaşayan iş adamı və AST Şirkətlər Qrupunun sahibi, milyarder Telman İsmayılov Türkiyə vətəndaşlığını almaq üçün ötən il rəsmi müraciət edib.//bizimyol.info