Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel (8-07-2014, 11:55)
AST Telmanla bağlı şok məhkəmə qərarı

Kıbrıs Rum məhkəməsi Antalyada 1,4 milyard dollara yeddi ulduzlu “Mardan Palace” otelini inşa etməsi səbəbiylə Rusiya prezidenti Vladimir Putinin “Pulları sağa-sola xərcləyir” deyə reaksiya bildirdiyi milyarder rus işadamı Telman İsmayılıovun sərvətini dondurub. 

 

“Mediatv.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rum məhkəməsi, bir rus şirkətinin 100 milyon dollarlıq borca görə Telman İsmayılovun Şimali Kıbrısdakı şirkətinə qaldırdığı məhkəmə iddiasında, “Mardan Palace” otelinin hesabını dondurmaq qərarı verib. +
Antalyadakı lüks otelin möhtəşəm açılışından sonra dünya mediyasında diqqətləri çəkən 58 yaşındakı Telman İsmayılov, Azərbaycan dövlətinin ikili vətəndaşlığı qəbul etməməsindən dolayı Rus və Türk kimliyi var. 
T. İsmayılovun mərkəzi Kıbrıs Rum idarəçiliyində fəaliyyət göstərən “Tandum“ şirkətinə iddia qaldıran Sezerioa şirkətinin müdir köməkçisi Roman Zikov məsələ ilə bağlı “Kommersant“ qəzetinə açıqlama verib. “4 il öncə Telman İsmayılovun şirkətinə 100 miyon dollarlıq kredit verdik. 2013- cü ilin sonuna qədər borcu ödəməli idi. Ancaq təyin edilən vaxtda borc ödənilmədiyi, həmçinin borcun nə zaman ödəniləcəyi barədə də məlumat verilmədi. Bu səbəblə Telman İsmayılovun şirkətinə dava açdıq. Alacağımız məbləğ faizlə birliktə 135 milyon dollardır. Bu hüquqi olaraq ilk addımdır. Kıbrısda aldığımız qərar İngiltərədə beynəlxalq təhkimə gedəcək.” 
Zikovun verdiyi açıqlamaya görə, Lefkoşa Rum ərazisindəki bölgə məhkəməsi də Telman İsmayılovun Antalyadakı Mardan Palace otelindən başqa, Moskvadakı bütün daşınmaz əmlakını da dondurmaq qərarı verib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024