Siyasət / Karusel (27-08-2014, 22:30)
İlham Rəhimov Rusiya və Qərb arasında yaranan gərginlikdən danışdı
Profossor İlham Rəhimov:“Rusiyayla Qərb yenidən əməkdaşlığa məcburdurlar”; "Bunu onlar arasındakı tarixən mövcud olan iqtisadi, mədəni-mənəvi bağlar diktə edir"
Rusiya - Ukrayna arasında yaşanan münaqişə Azərbaycanda da böyük maraqla izlənir. Bir çoxları regionda mövqelərini gücləndirən şimal qonşumuzun Cənubi Qafqaza yönələ biləcəyindən ehtiyatlanır və proseslərin bizə də təsir edəcəyindən çəkinirlər. Bəs, görəsən, bu çəkinmənin əsası vardırmı?
Əməkdar hüquqşünas, hüquq elmləri doktoru, professor İlham Rəhimov Moderator.az-ın bu və digər suallarına cavab verir.
- Biznes fəaliyyəti daha çox Rusiyayla bağlı olan iş adamısınız. Bununla belə Ukraynaya da müəyyən investisiyalar yatırdığınız deyilir. İndi bu iki ölkə arasında müharibə gedir. Bir iş adamı kimi baş verənləri necə qiymətləndirirsiniz?
“Hər hansı bir jurnalist məndən Rusiya-Ukrayna hadisələrini soruşanda az qalıram deyəm ki, qardaş, bu sualı mən səndən soruşmalıyam, sən məndən yox" |
- Əvvala, hər “deyilən” söz həqiqət deyil, mənim Ukraynada heç bir biznesim yoxdur, ikincisi, qoyduğunuz sualların cavabını ictimaiyyət elə sizdən də gözləyir. İş adamları də çox vaxt investisiya yatırmaq istədikləri ölkələrdəki vəziyyətlə daha çox KİV vasitəsiylə tanış olurlar. Siz isə xeyli zaman kəsimində müəyyən bərabərliklər yaşadığımız, eyni taleyi bölüşdüyümüz iki ölkə arasındakı münasibətlər barədə iş adamlarından soruşursunuz. Ümidvaram ki, tənqidi sözlərimdən incimirsiniz. Siz jurnalistlər bir çox məqamlarda hər kəsdən şanslı adamlarsınız. İstədiyiniz adamı tənqid edə bilirsiniz. Başqaları isə sizin nöqsanınızı üzə çıxaranda inciyirsiniz.
- Xeyr, əsla incimərəm. Mən tənqidə açıq adamam. Buyurun tənqidi fikirlərinizi bildirin.
- Dediyim odur ki, hazırda Azərbaycan jurnalistikası müstəqil araşdırma aparıb müxtəlif hadisələrlə bağlı ictimaiyyəti obyektiv məlumatlandırmaq imkanlarına malik deyil. Dediyim kimi, ictimaiyyət məlumatları sizdən öyrənir. Siz isə o məlumatları ya Avropa, ya da Rusiya kanallarından eşidib yayırsınız. Bir çox hallarda isə bu məlumatlar tərəfsiz olmur, hansısa siyasi iradənin maraqlarını ifadə edir. Beləcə, bizim ictimaiyyət də hadisələrə başqa maraq dairələrinin gözündən baxmağa məhkum olurlar. Mən indiyə qədər rast gəlməmişəm ki, bizim mətbuat nümayəndələri o qaynar nöqtələrə gedib hadisələri öz gözləriylə görə və reportajlar hazırlayalar.
- Haqlısınız, amma bunun obyektiv səbəbləri var.
- Başa düşürəm, deyəcəksiniz, bizim maddi imkanlarımız qaynar nöqtələrə səfər etməyə, ordan obyektiv yazılar hazırlamağa çatmır. Elədirmi?
- Bəli, başlıca səbəblərdən biri budur.
- Bu məsələni araşdırmaq, yeri gələndə həll etmək olar. Təki, jurnalistlərimiz lazım olduqda Donetskiyə, Slavyanskiyə və digər hadisə yerlərinə gedib, oradakı hadisələri öz gözüylə görsün, obyektiv məlumatlar, gözəl reportajlar hazırlayıb ictimaiyyətə təqdim etsinlər. Bizim bəzi jurnalistlər isə ya xarici mətbuata istinad edib qeyri-obyektiv məlumatlar yayır, ya da bilinməyən “etibarlı” mənbənin dilindən müxtəlif “xəbərlər” yayırlar. Həmin qeyri-müəyyən “etibarlı” mənbələrə əsaslanıb əslində, məlumat qıtlığı üzündən mənasız, heç bir ictimai-siyasi əhəmiyyəti olmayan, xırda-xuruş, kimin kiminlə evlənəcəyindən, boşanacağından yazırlar. Gələcəkdən proqnoz verdikləri üçün zamanla verilən xəbərlər unudulur və buna görə də həmin hadisə baş tutmayanda kimsə onları qınamır. Ciddi jurnalistika bu deyil. Ciddi jurnalistika gözüylə gördüyünə, əslində proseslərdə əyani iştiraka istinad etməlidir. Bu sözlərimi dost iradı kimi qəbul edin. Əlbəttə ki, fikirlərim hər kəsə şamil olunmur. Azərbaycanda kifayət qədər ciddi jurnalistlər var. Mənim o insanlara həmişə böyük hörmətlə yanaşmışam və bunu hər zaman, hər yerdə ifadə etmişəm. Soruşsanız, özləri də təsdiq edərlər. Nə yazıq ki, mətbuatın maddi durumu onların daha effektli fəaliyyət göstərməsi üçün münbit şərait yaratmır. Nəticədə ciddi jurnalistika əvəzinə şaiyəçilik ön plana çıxır. Tarixən belə olub, real hadisəni daha dəqiq bilənlər, bu hadisədə iştirak edənlər konyuktur səbəblər üzündən susanda ictimai fikri çaşdıran əfsanələr meydana çıxır. Və bu proses küll halında konkret ziyanlı xarakter daşıyır. Bəzən mənim haqqımda da həqiqətdən çox uzaq olan fikirlər yayırlar, bunlardan incimirəm, onları yayanları tanıyıram və anlayışla qarşılayıram. Heç kim öz qabiliyyətindən artığını ortaya qoya bilməz ki...
“Rus xalqı öz vətənini sevən, onun uğrunda hər fədakarlığa qatlanmağı bacaran toplumdur. Ruslar onsuz da belə problemlərə, çətinliklərə öyrəşiblər. Bilirlər ki, Putin hakimiyyəti Rusiyanın qüdrətini artırmaq, onun dünyadakı nüfuzunu özünə qaytarmaq üçün səy göstərir. Buna görə də, istənilən fədakarlığa qatlanmağa hazırdırlar." |
- Haqlısınız, bu problem hamımızı narahat edir.
- Ona görə də, bir jurnalist məndən Rusiya-Ukrayna hadisələrini soruşanda az qalıram deyəm ki, qardaş, bu sualı mən səndən soruşmalıyam, sən məndən yox.
- Bu günün reallığı sizi biz jurnalistlərdən daha informasiyalı vəziyyətə gətirib. İstər-istəməz biz də ictimaiyyəti məlumatlandırmaq adına sizlərin fikirlərinə ehtiyac hiss edirik.
- Mənim fikirlərimə gəlincə... Sualınız dediklərimi bir daha təsdiq edir. Bəli, obyektiv KİV, zamanında baş verən proseslərə təsir edə bilir. O ki, qaldı, orda nə hadisələr baş verir, bunu hamımız bilirik. Yəqin ki sizi bu sual maraqlandırır-baş verənlərin perspektivi necə olacaq?
- Bəli. Sualı belə qoysaq, daha doğru olar.
- Yadınıza gəlirmi, 2008-ci ildə buna bənzər bir hadisə Gürcüstanla Rusiya arasında da baş vermişdi. O zaman da indiki kimi dünyanın bütün informasiya vasitələri Rusiyaya qarşı yönəlmişdi. Aradan cəmi bir neçə il keçdi. Avropa ölkələrində də, Güsrcüstanda da hakimiyyətlər dəyişildi. Gürcüstan məsələsi yaddan çıxdı. İndi nə Abxaziyadan, nə Osetiyadan danışan var. Şərq müdriklərinin bu məsələdə çox gözəl fikirləri var. Deyirlər ki, bir çox sağalmaz yaraların ən gözəl dərmanı zamandır. Zaman keçdikcə Ukrayna Rusiya arasındakı münasibətlər də düzələcək. Sadəcə bir az səbr etmək lazımdır. Düzdür, bu tezliklə düzələn məsələ deyil. Ukrayna məsələsi Rusiyanın daha dərin yarasıdır. Təbii ki, yara dərin olunca sağalma prosesi də uzanır. Amma son nəticədə bütün yaralar qaysaq bağlayıb qovuşur. Zamanın yaratdığı yaranı zaman da sağaltmağa məhkumdur və bu baş verəcək. Üstəlik, nəzərə alsaq ki, Rusiya tarixi mənşə, etnik kimlik baxımından Ukrayna ilə eyni orqanizm kimidirlər. Ruslar öz tarixlərinin Kiyevdən başladığını düşünürlər. Slavyan xalqlar arasında onlar qədər bir-birlərinə yaxın ikinci dövlət tapmaq çətindir. Bu günün dünya şərtləri də bir-birlərinə yaxın toplumların daha güclü ittifaqlar yaratmasını tələb edir, strateji müttəfiqliklər qurulur. Ukrayna ilə Rusiya arasında nə qədər dərin yara açılsa da, onlar bu proseslərdən kənarda qala bilməyəcəklər. Çünki dünyanın şərtləri bunu diktə edir. Unudulmamalıdır ki, bütün qardaşlar arasında anlaşılmazlıqlar olur, sonda bu anlaşılmazlıqlar daha möhkəm dostluqlara aparır. Rusiyanın nəinki öz qardaşı olan Ukraynayla, hətta bu gün rəsmi Kiyevin arxasında duran Qərb dövlətləriylə də münasibətlərindəki buzlar əriyəcək. Bunun da obyektiv səbəbləri var. Dünyada gedən qloballaşma prosesi Rusiyayla Avropanı çox sıx şəkildə bir-birinə bağlayıb. Tarixən mövcud olan iqtisadi, mədəni-mənəvi bağlar yenidən həmin ölkələri bir-biriylə əməkdaşlığa məcbur edəcək. Siyasi iradələr bu əməkdaşlıq perspektivini öz məhvərindən yayındıra bilməz. SSRİ dağıldıqdan sonra yaranan bu münasibətlər elə güclü zəmin üzərində oturdulub ki, onların biri digərinə zərbə vurmaq istəyi bumeranq xarakteri daşıyır. Bunu Qərb ölkələri də yaxşı başa düşür, Rusiya da. Həmin dövlətləri birləşdirən əsas amil isə iqtisadiyyatdır. Rusiya iqtisadiyyatının bəzi sahələri Qərbin texnologiyasından asılıdır, Qərb də Rusiyanın təbii sərvətlərindən. Üstəlik, Rusiya Qərb texnologiyası üçün ən böyük bazarlardan biridir. Heç bir iqtisadi qüdrət bu bazarı itirmək istəməz. Eynilə Rusiya üçün Avropa da neft və qaz nəqli üçün ən əvəzedilməz partnyordur, dediklərim heç də hamısı deyil...
- Bəzi strateqlər isə başqa cür fikirləşir. Onların mülahizələrinə görə, Rusiyanın Avropa tərəfindən tətbiq olunan iqtisadi sanksiyalara davam gətirmək güçü yoxdur...
- Bunlar yalnış mülahizələrdir. Rus xalqı öz vətənini sevən, onun uğrunda hər fədakarlığa qatlanmağı bacaran toplumdur. Ruslar onsuz da belə problemlərə, çətinliklərə öyrəşiblər. Bilirlər ki, Putin hakimiyyəti Rusiyanın qüdrətini artırmaq, onun dünyadakı nüfuzunu özünə qaytarmaq üçün səy göstərir. Buna görə də, istənilən fədakarlığa qatlanmağa hazırdırlar. Rus xalqı başa düşür ki, öz ölkələrinə qarşı həyata keçirilən bu basqılar Putinlə bağlıdır. Putin Rusiya maraqlarını həmişə qoruyub və bu cizgidən heç vaxt kənara çıxmayıb, çıxmayacaq da. Belə bir liderin qədrini öz xalqı, əlbəttə ki, bilir və bilməlidir. Baxın, Rusiya tarixində və ümumiyyətlə, tarixdə rol oynamış Qorbaçovu bu ölkədə heç yada salan yoxdur. Çünki onun yürütdüyü siyasətin məğzi Avropanın maraqlarına yönəlmişdi. Onun başlıca məqsədi Avropanı qane etmək istəyi idi. Fikirləşirdi, nə etsin ki, Avropada onu tərifləsinlər. Yeltsin də elə idi. Putin isə əksinə, öz xalqının maraqlarını həyata keçirir. Putinin Avropanın xoşuna gəlmək-gəlməmək problemi yoxdur. Onun fikrincə, avropalılar ondan xoşlana da bilərlər, xoşlanmaya da. Bunu özləri bilərlər. Təki, Rusiyanın maraqları təmin olunsun. Kimlərəsə yarınmaq subyektiv yanaşmadır. Böyük tarixi proseslərə və bu prosesləri aparan siyasətçilərə subyektiv münasibət sabun köpüyüdür, bəlkə də şəxsi qısqanclıq əlamətidir. Ümumiyyətlə, nəhəng tarixi şəxsiyyətləri zamanlarında o qədər xoşlamayanlar olub ki...
Görün, bu xırda hisslərin sahiblərinin birisinin adını bilirsiniz? Şəxsiyyətin böyüklyü, tarixiliyi, xüsusən, siyasətçilərin onun xidmət etdiyi, ərsəyə çatdırdığı ideyalarla ölçülür. Bu baxımdan, V.V.Putinin indiki siyasətinin kimin xoşuna gəlib- gəlməməsi məsələsi ən azı diletant siyasətçilərin mövqeyidir. V.V.Putin XXI əsrdə dağılmaqda olan böyük bir dövlətin o dövlətdə yaşayan böyük bir xalqın tarixi tələbatı idi. Tarixən belə hallar mövcud olub. Belə bir adamı, təbii ki, Avropa dövlətləri sevməzlər. Amma Rusiyada əsas söz sahibi bu dövlətlər deyil, rus xalqının özüdür. Putinin xalq arasındakı dəstəyi isə çox güclüdür. Xalq arasında dəstəyi olan belə liderlər tarixdə qalırlar. Putinin indidən Rusiyanın tarixinə düşmüş adamdır. O düz edib etməyib, bizim ona münasibətimiz yaxşıdır, pisdir- bu, ayrı məsələdir. Fakt budur ki, bu adam öz siyasətiylə çökməkdə olan Rusiyanı yenidən dirçəldib, onu dünyanın sözü ötkəm dövlətlərindən birinə çevirib.
- Yəni demək istəyirsiniz ki, Putinin digərlərindən fərqi ondadır ki, sələfləri xarici maraqlara, o isə daxili milli hədəflərə yönəlik siyasət aparır.
- Putin başa düşür ki, tarixdə qalmaq istəyirsə, “nə edim ki, xaricin xoşuna gəlim?” kimi cılız hisslərlə yaşamamalı, milli maraqlardan çıxış etməlidir. Onun siyasətçi kimi bir hədəfi var-xalqa arxalanaraq, ictimai dəstək qazanaraq Rusiyanın maraqlarını qorumaq.
- Elə bir çoxları da məhz buna görə Putini rus imperializminin qurucularıyla eyniləşdirlər. Onu Pyotrla müqayisə edirlər. Siz bu müqayisəyə necə baxırsınız?
- Bu müqayisə zərərlidir, bu dövlət mövcuddur, kim adını necə başa düşürsə, düşsün. Bu fikirdəyəm ki, biz bu “imperiya” sözünü yaddan çıxarmalıyıq. Rusların özləri bu düşüncələrdən imtina ediblər. İmperiya heç rusların özünə də lazım deyil. SSRİ təcrübəsi göstərdi ki, imperialist maraqlar hər kəsdən daha çox Rusiyanın özü üçün zərərlidir. Təbii sərvətlərlə zəngin olan Rusiya Tacikıstanı, Qırğızıstanı öz tərkibinə almaqla nə qazanırdı-öz təbii sərvətlərini SSRİ-ni əmələ gətirən bir çox subyektləri dolandırmağa yönəltməkdən başqa? Rusiya heç vaxt eyni səhvləri təkrarlamaz. İndi dünyayla daha rahat əməkdaşlıq imkanları var. Qarşılıqlı iqtisadi maraqlara söykənən müttəfiqlik imkanı varkən, niyə keçmiş dövrlərdən qalma, bu günün tələblərinə cavab verməyən qurum və quruluşlara qayıtsınlar.
- Bəs, o zaman Avrasiya İttifaqı nəyə xidmət edir?
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024