Siyasət           / Gündəm (12-04-2019, 18:00)
 Sosial Tədqiqatlar Mərkəzi necə işləyəcək? - Prezident təsdiqlədi 
	
 Azərbaycanda yaradılan Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti ilə bağlı prezident İlham Əliyev
fərman imzalayıb. Mediatv.az-ın xəbərinə görə, fərmanla təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı ölkə prezidentinə həvalə edilib ki, mərkəzin nizamnaməsini, nizamnamə fondunun miqdarını təsdiq etsin.
Bundan əlavə, icra orqanlarının yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və ya səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, mərkəzin yenidən təşkili və ləğvini həyata keçirmək də ölkə başçısının səlahiyyətindədir.
Mərkəzin illik maliyyə hesabatlarının təsdiq edilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılması və ya onlarda iştirak etmək, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi, xüsusi əhəmiyyətli əqd və s. məsələlərə razılıq vermək səlahiyyətləri isə Nazirlər Kabinetinə tapşırılıb.
Mərkəz inkişaf istiqamətlərini, strateji məqsədləri və fəaliyyət planlarını, strukturu prezidentlə razılaşdırmaqla müəyyənləşdirəcək.
Nazirlər Kabinetinə tapşırılıb ki, mərkəzin işçilərinin say həddini və əməkhaqqı fondunu razılaşdırmaqla iki ay müddətində təsdiq edilsin.
Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri vəzifəsinə prezidentin sərəncamı ilə millət vəkili Zahid Oruc təyin edilib. Sosial Tədqiqatlar Mərkəzinin nizamnamə fondu isə 100 min manat həcmində müəyyən olunub.
						Reklam
					
                
				
						Ən çox oxunanlar
					
 
				
						• Sorğu
					
               Saytımızı bəyəndiniz?
Xəbər lenti
				                4 11 2025 
Bakıda musiqi məktəbində ŞOK OĞURLUQ: qız müəlliməsinin pullarını sevgilisi ilə xərclədi - TƏFƏRRÜAT
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
4 11 2025 
3 11 2025 
3 11 2025 
3 11 2025 
3 11 2025 
3 11 2025 
3 11 2025 
								 









				















