Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (18-09-2015, 17:46)
Ziya Məmmədova daha bir zərbə: “Azərbaycan Dəmir Yolları” nazirdən alındı

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası prezidentinin 2009-cu il, 20 iyul tarixli, 383 saylı sərəncamında dəyişikliklər edilməsi və Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə fərman imzalayıb.

Mediatv.az xəbər verir ki, Dövlət başçısı ölkənin nəqliyyat sektorunun idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində nəqliyyatın əsas sahələrindən biri olan dəmir yolunda müasir tələblərə cavab verən infrastrukturun yaradılmasını, yüksəkkeyfiyyətli nəqliyyat xidmətləri göstərilməsini və Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəmir yolu marşrutları ilə yükdaşımaların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədilə qərara alıb ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 20 iyul tarixli 383 nömrəli sərəncamında aşağıdakı dəyişikliklər edilsin:

- 1-ci hissədən “Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyində” sözləri çıxarılsın;

- 2-ci və 3-cü hissələr aşağıdakı redaksiyada verilsin:

Fərmanla “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilir:

Nazirlər Kabinetinə Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi; Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi; Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi; Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 faiz və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi tapşırılıb.

Əmlak Məsələləri Dövlət Komitəsi bu fərmanda qeyd olunanlar istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll edəcək.

Fərmanla müəyyən edilir ki, Cəmiyyətin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir; Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, habelə törəmə cəmiyyətlərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Cəmiyyət tərəfindən həyata keçirilir; Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ləğvi, törəmə cəmiyyətlərinin yaradılması, yenidən təşkili və ləğvi Cəmiyyət tərəfindən həyata keçirilir və bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat verilir; dəmir yolu daşımalarında, o cümlədən beynəlxalq yükdaşımalarda göstərilən xidmətlərin tarifləri, yığımlar, habelə tariflər üzrə güzəştlər Cəmiyyət tərəfindən müəyyən edilir.

Cəmiyyətin gəlirləri faktiki daxilolmalar əsasında tariflərə tətbiq olunan güzəştlər nəzərə alınmaqla hesablanır; Cəmiyyətin və onun təşkilatlarının fəaliyyətinə, habelə onlar tərəfindən həyata keçirilən dəmir yolu infrastrukturunun inşası, cari və əsaslı təmiri, yenidən qurulması və bərpası məqsədilə həyata keçirilən fəaliyyət üçün xüsusi razılıq (lisenziya) alınması tələb olunduqda, həmin xüsusi razılıq (lisenziya) alınmış hesab edilir və yenidən alınması tələb olunmur; dəmir yolunun iştirakı ilə bərə, liman vasitəsilə tranzit daşımaları üzrə vahid tariflər və tətbiq edilən güzəştli əmsallar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti və neft məhsullarının yükaşırma terminallarının təklifləri nəzərə alınmaqla Cəmiyyət tərəfindən müəyyən edilir; istehsal-təsərrüfat ehtiyaclarını təmin etmək üçün malların (işlərin, xidmətlərin) satın alınması üzrə əməliyyatlar beynəlxalq təcrübəyə və qanunvericiliyin tələblərinə uyğun Cəmiyyət tərəfindən həyata keçirilir; Cəmiyyətin, törəmə cəmiyyətlərinin, habelə idarə, filial və nümayəndəliklərinin balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququ, o cümlədən həmin əmlakın balansdan balansa, icarəyə və istifadəyə verilməsi, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyulması, silinməsi (ləğv edilməsi), qiymətləndirilməsi, təyinatının dəyişdirilməsi səlahiyyətləri Cəmiyyət tərəfindən həyata keçirilir; əmlakının icarəyə verilməsindən və balansdan silinən əsas vəsaitin satışından əldə olunan gəlirlər Cəmiyyətin büdcəsinə daxil edilməklə dəmir yolu infrastrukturunun inkişafına sərf olunur.

Bundan başqa, Nazirlər Kabinetinə “Dəmir yolu nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; dəmir yolunun ölkədaxili daşımalarla yanaşı, regional və beynəlxalq daşımalarda artan rolunu nəzərə alaraq, onun fəaliyyətinin səmərəli və müasir tələblərə cavab verən səviyyədə qurulması və bunun üçün lazımi həcmdə sərmayənin cəlb edilməsini təmin etmək məqsədilə “Azərbaycan dəmir yolunun 2016-2020-ci illərdə inkişafı Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikasının ərazisindən tranzit olaraq daşınan neft və neft məhsullarının həcminin artırılması məqsədilə mövcud yükaşırma terminallarından səmərəli istifadə olunması və onların dəmir yolu ilə koordinasiyalı iş rejiminin təşkili ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etmək; tranzit daşımaları, xüsusilə də nəqliyyat növünün dəyişməsi ilə müşayiət olunan tranzit yük daşımaları üzrə sərhəd, gömrük və vergi prosedurlarının sadələşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan prezidentinə təqdim etmək; “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılması, onun maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılması və kreditor borclarının restrukturizasiyası ilə bağlı zəruri tədbirlər görmək və nəticəsi barədə Azərbaycan prezidentinə məlumat vermək; “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əsas fəaliyyət istiqamətinə aid olmayan, eyni zamanda saxlanılması üçün xeyli vəsait tələb edən (qeyri-profilli) aktivlərin realizə edilməsindən əldə olunan vəsaitin dəmir yolu infrastrukturunda bərpa və yenidənqurma işlərinin maliyyələşdirilməsinə yönəldilməsini təmin etmək məqsədilə tədbirlər görmək; Azərbaycan Respublikası prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə iki ay müddətində Azərbaycan prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.

*  *  *

Bu, nəqliyyat naziri Ziya Məmmədovun səlahiyyətlərinin əlindən alınması istiqamətində daha bir addımdır.

Bundan əvvəl prezidentin imzaladığı sərəncamla taksi xidmətləri üçün lisenziyaların verilməsi Nəqliyyat Nazirliyindən alınaraq ASAN-xidmətə verilib.

Habelə Nəqliyyat Nazirliyinin yol çəkilişinə dair səlahiyyətləri məhdudlaşdırılıb, yerli əhəmiyyətli yolların çəkilməsi icra hakimiyyətlərinə həvalə edilib.

“Azəryolservis” QSC isə formal olaraq Nəqliyyat Nazirliyinə tabe olsa da faktiki olaraq müstəqil struktur kimi işləyir.

Bir gün əvvəl isə Ziya Məmmədovun qardaşı Elton Məmmədovun nəzarətində olan Bakı Beynəlxalq Avtovağzalının direktoru dəyişdirilib.

Habelə Ziya Məmmədovun ailə biznesinin aktivlərinin bir-bir alındığı haqda xəbərlər var. Məsələn, Qubadakı “Rixos Quba” otelinin mülkiyyətçisinin dəyişdiyi bildirilir. Ziya Məmmədovun oğlu Anar Məmmədovun ABŞ-dakı lobbi təşkilatı olan Azərbaycan Amerika Alyansının da fəaliyyətini dayandırdığı barədə xəbərlər yayılıb.

Beləliklə, ölkənin ən iri oliqarxlarından biri tədricən mövqelərini itirir və gözləmək olar ki, onun vəzifədən azad edilməsi üçün çox gözləmək lazım gəlməyəcək.

Virtualaz.org

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024