Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel (16-07-2014, 18:01)
İTV ilə Anar Yusifoğlu arasında – Qarşıdurma

 

İctimai Televiziyanın hazırkı rəhbərliyi ilə Analitik Proqramlar Departamentinin keçmiş direktoru Anar Yusifoğlu arasında qarşıdurma baş verib. 

“Mediatv.az” xəbər verir ki, buna səbəb A. Yusifoğlunun hazırda rəhbərlik etdiyi “aktual.az” saytında “İTV-də yasaq qalmaqalı” başlıqlı xəbərin dərc olunmasıdır. Xəbərdə bildirili ki, vaxtilə "Carçı film”in ərsəyə gətirdiyi ekran əsərlərində əməyi keçmiş yaradıcı və texniki heyət İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyevin qoyduğu qadağanın qurbanına çevriliblər. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun təsir dairəsində olan Cəmil Quliyev keçmiş rəhbərliyin dövründə çəkilən bədii, sənədli və televiziya filmlərinin ekrana çıxarılmasını yasaqlayıb. Məlumatda o da bildirilir ki, baş direktor daha da irəli gedərək arxivdə olan bəzi filmlərin silinməsi haqqında göstəriş verib. Bu isə ekran əsərlərində əməyi keçmiş yaradıcı və texniki heyətin qəzəbinə səbəb olub. Xəbərdə deyilir: “Nəzərə alsaq ki, keçmiş rəhbərliyin dövründə "Carçı film" yaradıcılıq birliyində 600-dən çox bədii, sənədli və televiziya filmi çəkilib və bu filmlərə dövlət tərəfindən külli miqdarda maliyyə vəsaiti ayrılıb - o zaman Cəmil Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətin ayırdığı külli miqdarda maliyyə vəsaitini israf etdiyini görmüş olarıq”.
Məsələ ilə bağlı İTV rəhbərliyi açıqlama yayıb. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən açıqlamada bildirilir ki, İTV-yə böhtan atılıb: “İTV olaraq bəyan edirik ki, bu, telekanala qarşı Aktual.az saytı tərəfindən növbəti böhtandan başqa bir şey deyil. Nəzərinizə çatdırmaq istəyirik ki, cari il ərzində İTV efirində müxtəlif mövzulu və janrlı sənədli və bədii filmlər ardıcıl olaraq nümayiş etdirilir. Həmin filmlər siyahısında İTV-nin Carçı-film birliyi tərəfindən 2006-2013-cü illər ərzində istehsal olunmuş filmlər əsas yer tutur. Bu filmlər mövzusunun aktuallığına, yaradıcılıq və texniki parametrlərinə, əlamətdar hadisələrə uyğunluğu ilə seçilir və tamaşaçılara təqdim olunur. Filmlərin proqrama daxil olunması zamanı heç bir ayrı-seçkiliyə və qadağalara yol verilmir.
İctimai Televiziyada hər hansı filmin yaxud verilişin pozulmasından, itib-batmasından söhbət gedə bilməz və kanal rəhbərliyi heç kimə bu barədə hər hansı göstəriş verməyib. Bu versiya sadəcə xəbər portalının uydurmasıdır. Onu da deyək ki, Aktual.az saytının İTV ilə bağlı yayımladığı aramsız iftiralara görə kanal rəhbərliyi müvafiq tədbirlər görülməsi məqsədi ilə Azərbaycan Mətbuat Şurasına yazılı müraciət ünvanlayıb”. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024