Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (29-06-2014, 17:15)
Nazim İbrahimovun karyerasını bitirəcək fakt

 

Son günlər Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan ərazilərinə əcnəbi turistlərin, məşhur adamların gəlişi hallarının artması Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin tənqidlərə tuş gəlməsinə səbəb olub. Çünki dövlət büdcəsindən hər il Diasporla İş üzrə Dövlət Komitəsinə müəyyən miqdarda vəsaitin ayrılmasına baxmayaraq, xaricdəki diaspor təşkilatlarımızın fəaliyyəti ürəkaçan deyil. Həmin nöqteyi-nəzərdən komitə sədrinin fəaliyyətinin tənqidlərə tuş gəlməsi təbiidir.

Üstəlik, Nazim İbrahimovun adının iş fəaliyyətindən daha çox biznes məsələlərində hallandırılması da işin ikinci tərəfidir. Yayılan məlumatlara görə, komitə sədri digər qardaşları ilə əl-ələ verərək tikinti sektoruna iri yatırımlar edir. Bildirilir ki, Nazim İbrahimov və qardaşları hazırda ölkənin tikinti sektorunun əsas simalarından hesab olunduqlarından komitə sədri daha çox biznes fəaliyyətinə diqqət ayırır. Onun məmur olaraq qardaşları ilə birlikdə paytaxtın bəzi yerlərində hündürmərtəbəli binaların, komplekslərin və digər qurğuların tikintisi ilə məşğul olması biznes əlaqələrindən xəbər verir. İbrahimovlar Bakıda onlarla göydələn tikib istifadəyə veriblər. Komitə sədrinin bu sahədəki işlərini milyarder qardaşı Hacı İbrahim Nehrəmli aparır. Hacı İbrahim ölkənin ən iri biznes qurumlarından olan «Avesta» konserninə rəhbərlik edir. Konsernin tərkibinə çoxlu sayda tikinti şirkətləri, ticarət və xidmət müəssisələri daxildir. «Günel LTD» MMC, «Həsən -96» MTK, «Həsən-96» MMC, «İlkan»MMC, «Azər-Ross» MMC, »Hüseyn -94» kiçik müəssisələri buna əyani misaldır. «SHİG İNVESTMENT LTD» Naxçıvanın Ordubad rayonunun Ağdərə və Paraqaçay mədən yataqlarında mineralların kəşfiyyatı, istismarı, ixracatı və satışı, kommersiya fəaliyyəti, təmir-tikinti işlərinin aparılması işləri ilə məşğuldur. Əldə etdiyimiz xəbərlərdə bildirilir ki, İbrahimov və qardaşları böyük torpaq sahələri götürərək istirahət mərkəzləri və villalar inşa etdirirlər. Bayıl yamacındakı çoxsaylı villalar məhz Nazim İbrahimov tərəfindən tikilib satılıb. Əldə etdiyimiz digər məlumata əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri ölkə xaricində də biznes obyektlərinə sahibdir.

Etibarlı mənbənin sözlərinə görə, sədrin qardaşı Tağı İbrahimovun oğlu Elşən İbrahimov bir müddət bundan əvvəl Türkiyənin ən məşhur küçələrindən birində yeni restoranın açılışını edib. Nazim İbrahimovun Türkiyədəki biznesini qardaşı oğlu Elşən İbrahimovun idarə etdiyi deyilir. Komitə sədrinin qardaş ölkədə bir neçə villası, yaxtası və geyim dükanları var. Halbuki belə şəraitdə mənfur düşmənimiz olan ermənilərin xaricdəki diaspor təşkilatları ən yaxşı formada təmin olunublar. Azərbaycan hər sahədə Ermənistanı qabaqlayır. Bu sahədə də düşməndən öndə olmalıyıq. Nəzərinizə çatdıraq ki, Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan ərazilərinə səfər edənlər bunu bilməyərəkdən etdiklərinqi deyirdilər. Amma ötən həftə Qarabağa üz tutanlardan biri, hətta adının ölkəmizin «qara siyahı»sına düşəcəyi təqdirdə belə, bu səfərdən qalmayacağını bildirdi. Bütün bunlar diasporumuzun fəaliyyətindəki çatışmazlıqlardan, bu isə öz növbəsində Nazim İbrahimovun fəaliyyətindəki nöqsanlardan xəbər verir.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024