Siyasət / Slayd (22-06-2014, 11:24)
Heydərovların Londondakı təşkilatı ifşa olundu; on minlərlə funt-sterlinqdən söhbət gedir
Britaniya deputatarı kürü sorağında və ya Azərbaycan diktaturası ilə korrupsiya yaxınlaşmaları
"Britaniyanın 12 deputatı son seçkilərdən sonra Azərbaycan lobbisinin qonaqpərvərlik təklifləri nəticəsində, insan haqları ilə bağlı ən sərt ittihamlara baxmayaraq, diktatura rejiminin idarə etdiyi Azərbaycan elitasından on minlərlə funt-sterlinq götürüb”.
Bu sətirlər Nyu-Yorkdan idarə olunan "BuzzFeed” saytında Azərbaycan hökumətinin "kürü diplomatiyası” ilə Britaniya elitasına nüfuz etməsi haqda məqaləsində yer alıb.
Sayt bu yaxınlarda İlham Əliyev hökumətinin ABŞ-da eyni istiqamətdəki fəaliyyəti haqda da ifşaedici məqalə dərc etmişdi.
Budəfəki məqalədə yazılır ki, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Britaniyalı deputatların Azərbaycana səfərini təşkil edərək, guya hansısa məsləhəçilik müqabilində, hər saatına görə onlara 300 funt ödəyib. Deputatlardan bəziləri Azərbaycanla ticari əlaqələr barədə hökumətə, o cümlədən baş nazirə ünvanlanan narahat suallar ünvanlayıblar. "Narahatlıq ondan ibarətdir ki, bu dikaktatura ölkəsi İngiltərə hökumətinə təsir imkanlarını satın ala bilər. Bu avtoritar ölkə hökumətinin tənqidçilərindən olan deputatlardan biri Pol Filinn deyir ki, Azərbaycan ictimai əlaqələr mövzusunda olduqca fəallaşıb və hətta parlamentdən deputatlar qrupunu götürərək «kürü səfərləri»nə aparır”, - deyə sayt yazır.
Məqalədə qeyd olunur ki, Avropa Azərbaycan Cəmiyyəti müstəqil təşkilat olduğunu vurğulamağı xoşlayır. Amma hələ 2010-cu ildə ABŞ səfirliyi ilə sızıdırlan xəbərlərdə təsdiq edilirdi ki, bu, Azərbaycanın hədsiz dərəcədə zəngin elitasının maraqlarına uyğun qurulan və onun maraqlarına dəstək verən bir təşkilatdır.
"Britaniya İcmalar Palatasında Azərbaycanın ən qatı tərəfdarı Mühafizəkarlardan olan deputat Kristofer Pinçerdir və o, Azərbaycanla ilgili parlament qrupuna rəhbərlik edir. 2012-ci və 2013-cü illərdə Avropa Azərbaycan Cəmiyyəti onun Azərbaycana səfərləri üçün 7000 funtdan artıq pul ödəyib. Bu ayın əvvəllərində Pinçer baş nazir Devid Kamerona bu ölkə ilə neft və qaz ticari əməliyyatlarının artırılması ilə bağlı sorğu da yollayıb. Daha əvvəl Pinçer Britaniya Xarici İşlər Nazirinin Azərbaycana səfərini lobbiləşdirmiş və Azərbaycanda insan haqlarının durmu ilə bağlı parlamentdəki müzakirələrdə fəal iştirak etmişdi. Britaniya patrlamentinin Energetika komitəsinin üzvü və Britaniyanın neft-qaz təchizatı ilə bağlı məsələlərə də müdaxilə etmək səlahiyyəti olan Pinçer rəhbərlik etdiyi deputat lobbi qrupunun fəaliyyəti ilə bağlı açıq danışır”, - deyə "BuzzFeed” yazır.
Sayt Pinçerin rəyini öyrənmək istəsə də, onunla əlaqə saxlamaq mümkün olmayıb.
Məqalədə daha sonra bildirilir ki, bu arada Mühafizəkarlar Partiyasından olan daha bir deputat Mark Field Avropa Azərbaycan Cəmiyyətinə 8 saatlıq konsultasiya üçün hər saatı 312 funt olmaqla pul alıb. 2012-ci ilin yayında o, parlamentdə çıxışı zamanı nazirlərə ünvanladığı suallarla Britaniya hökumətinin Azərbaycanda yetərli investisiya qoyduğunu şübhə altına alıb. O, Azərbaycanın alternativ enerji qaynaqları ilə dəyərli olduğunu bildirib. Mark Field "BuzzFeed”ə bildirib ki, bu cür yaramaz sayılan ölkələrlə əlaqələri genişləndirmək lazımdır. «Mənə belə gəlir ki, əgər siz də deputatların bu qəbildən olan ölkələrlə əlaqəsini istisna edirsinizsə, o zaman Yer kürəsinin üçdə ikisini xəritədən silməlisiniz. Əksinə, Azərbaycan kimi ölkələrlə əlaqələrdən faydalanmaq lazımdır». Field əlavə edib ki, xarici dövlətlərin bu cür səfərləri maliyyələşdirilməsi prosesin tərkib hissəsidir. Amma Paul Flinn bildirir ki, deputatların xarixci ölkələrdən pul alaraq səfərlər etməsi doğru deyil, çünki bu cür tədbirlər üçün bir çox qlobal təsisatlar, o cümlədən beynəlxalq Parlament Assosiasiyası, Avropa Parlamenti kimi qurumlar mövcuddur. Vestminster Hollda müzakirələr zamanı Paul Flinn altından xətt çəkərək bildirib ki, Azərbaycanın lehinə yalnız o deputatlar danışır ki, onlar bu cür səfərlərdə iştirak ediblər.
Sayt xəbər verir ki, 2010-cu ildən başlayaraq Avropa Azərbaycan Cəmiyyətinin maliyyələşdirdiyi proqram üzrə Azərbaycana səfər edən Britaniya deputatları bunlardır: sabiq müdafiə naziri Liam Foks və onun Mühafizəkarlar Partiyasından olan kolleqaları- Mark Menzis, Kristofer Pinçer, Ceyson Makkartni, Endrü Stivenson, Kreyq Uittaker, Bob Blakman, Nik de Bua. SNP-dən olan Anqus Makneyl və Leyboristlərdən olan Stiven Hepbern də bu siyahıdadır. Daha bir deputat, Ceremi Lefroy isə Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafı Assosiasiyası tərəfindən maliyyələşdirilən səfərdə iştirak etməkdə və Azərbaycandakı avtoritar rejimə dəstək verməkdə ittiham olunur. 2012-ci ildə isə leyborist Fiona Maktaqqart da 100 funt hədiyyə alıb.
"Avropa Azərbaycan Cəmiyyətinin sədri və qurucusu olan Taleh Heydərovun atası Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə hallar naziridir və "Caspian Fish Company”ni də idarə etdiyinə görə kürü və nərə balığı istehsalına nəzarət onun əlindədir. Cəmiyyət bizim sorğularımıza cavab vermədi. Hamının bildiyi kimi, Azərbaycanda kobud bir korrupsiya və diktatura rejimi mövcuddur. "The Washington Post” bildirir ki, ötən il keçirilən prezident seçkilərinin nəticələri əvvəlcədən İlham Əliyevin xeyrinə saxtalaşdırılıb. İlham Əliyev hakimiyyəti 2003-cü ildə 1993-cü ildən prezident olan atasılndan miras olaraq qəbul edib. Son seçkilərdə isə beynəlxalq müşahidəçilər seçki günü və bütün seçki mərhələləri üzrə çox ciddi pozuntuların olduğunu qeydə alıblar”, - deyə məqalədə bildirilir.