Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (5-09-2017, 18:27)
YAP rəsmisi “Guardian”da dərc olunan yazıdan danışdı

YAP rəsmisi “Guardian”da dərc olunan yazıdan danışdı

 

 

“Bəzən mətbuatda Azərbaycanla bağlı absurd iddialar əksini tapır. Məsələ araşdırıldıqda isə bunu təsdiqləyən mənbə ortaya qoyulmur. Hesab edirəm ki, növbəti analoji məqalə Azərbaycana qarşı aparılan xaricdəki müəyyən dairələrin kampaniyasının tərkib hissəsidir”.

Mediatv.az xəbər verir ki, bunu Report-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şuranın üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bəzi KİV-lərdə dərc olunmuş “Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı yazı ilə bağlı fikirlərini bildirərkən deyib.

Deputat bildirib ki, bu yazılarda mənbə göstərilmir, iddia tirajlanır və Azərbaycan haqqında mənfi rəy yaradılmağa çalışılır: “Şübhəm yoxdur ki, bunun arxasında Azərbaycanla bağlı istəkləri həyata keçməyən müəyyən dairələr, o cümlədən erməni diaspor təşkilatları dura bilər. 

Azərbaycan həm daxili, həm də xarici siyasətində kifayət qədər şəffaf fəaliyyət göstərir. Azərbaycanda manatın sabitliyinin qorunması ilə xaricdən böyük investiyalar cəlb edilir, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artır, Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz qazanır. Azərbaycan regional-iqtisadi layihələrin təşəbbüskarıdır, bir çox dövlətlər bu layihələrdə iştirak edirlər. Azərbaycan mədəniyyəti, həqiqətləri dünya birliyində tanınır, qəbul edilir. 

Ölkə idmanı son dövrlərdə böyük uğurlar əldə edib. Azərbaycan hökuməti heç vaxt qeyri-qanuni addım atmaz. Buna ehtiyac da yoxdur. Sadəcə olaraq, Azərbaycanla bağlı hay-küy yaratmaq, ölkənin adını hansısa məsələdə hallandırmaq bəzi xarici dairələrin marağındadır. Bu, vaxtaşırı olub, növbəti dəfə də anti-Azərbaycan informasiyanın ortaya atılmasından təəccüblənmirik. Bu iddianı təsdiq edən fakt yoxdur, mümkün də deyil”.

A.Mirzəzadə qeyd edib ki, dövlət orqanları ehtiyac yaranarsa, bu məsələni hüquqi müstəviyə çıxara bilərlər.

Qeyd edək ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı layihəsi tərəfindən hazırlanan yazı əsasında “BBC News” saytında “Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı yazı verilib və “Guardian” qəzetində bu məsələ ilə bağlı məqalələr dərc olunub.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024