Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Karusel / Slayd (25-05-2017, 14:57)
MTN işində “U” dönüşü: Əli Abbasov da vəzifəyə getdi, bəs Eldar Mahmudov? - İddialar

Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib

Mediatv.az Ulus.Az-a istinadən xəbər verir ki,
 bu barədə qərar bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında açıqlanıb. 

AMEA prezidenti Akif Əlizadə Ə. Abbasovun AMEA-nın müşaviri təyin olunduğunu bildirib. Rəyasət Heyəti təklifi dəstəkləyib. Beləcə, MTN işindən Əli Abbasov və müavini İltimas Məmmədov ağır ittihamlara baxmayaraq vəzifə alaraq sağ çıxdı. 

Yalnız nazirliyin aparat rəhbəri olmuş Vidadi Zeynalovun üzərinə bütün ittihamlar yüklənərək həbsə göndərildi. .Zeynalov sabiq nazir Əli Abbasov və indi də müavin vəzifəsində çalışan İltimas Məmmədovun məsuliyyət daşıdığını qeyd edib.

“Mən tutduğum vəzifəyə görə həvalə edilmiş tapşırıqları icra etmişəm. Mənim yerimə bu işi qapıçıya tapşırsaydılar, o da edəcəkdi. İlkin ifadəmdə göstərmişəm. 
Belə çıxır ki, həmin vəzifədə başqa bir şəxs olsaydı, ona bu tapşırıqlar verilməyəcəkdi? Müəyyən olunmuş xəzinənin mədaxil və məxaricinə aparat rəhbəri, büdcə və lisenziya üzrə İltimas Məmmədov məsul edilib, Vidadi Zeynalov yox”,
-deyə sabiq aparat rəhbəri nazir müavinin ittiham edib.

Ulus.Az-ın məlumatına görə, Ə.Abbasovun vəzifə alması MTN rəhbəri olmuş Eldar Mahmudovun da hansısa posta göndəriləcəyi haqda xəbərlərlə eyni vaxtda təsadüf edib.

2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyində (MTN) başlanan “təmizləmələr” son nəticədə qurumun birdəfəlik ləğvi ilə yekunlaşdı. Amma sabiq nazir Eldar Mahmudov bu günə qədər istintaqdan kənar qala bilib. 

Bu fakt zaman-zaman sabiq nazirin reanimasiya oluna biləcəyi haqda məlumatların dövriyəyə girməsinə yol açır. 

Bu günlərdə sabiq nazirin keçmiş cangüdənlərini, mühafizəçilərini işə qaytarması xəbəri bir daha yenidən vəzifəyə gətiriləcəyi haqda iddiaları artırıb.

Bu o deməkdir ki, Eldar Mahmudov həm böyük xarici güclər, həm də ölkə daxilində güclü təsiri olan müəyyən qrup tərəfindən müdafiə olunur. 

Bu, açıq şəkildə ortadadır. Azərbaycanda proseslərin gedişiatından asılı olaraq Eldar Mahmudovun reanimasiyası mümkündür.

Ulus.Az xəbər verir ki, bütün bu faktlara baxmayaraq, Ə.Abbasov və İ.Məmmədov barəsində nə cinayət işi açılır, nə məsuliyyətə cəlb olunur. Onlar dan biri azadlıqda gəzir, biri isə nazir müavini vəzifəsində çalışır. 

Onu da deyək ki, Əli Abbasov da öz ifadəsində təsdiq edib ki, Vidadi Zeynalov onun tapşırığı ilə pulları alıb, ona verib və yaxud da kimlərəsə "paket” verib.

"Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində hazırda nazir müavini işləyən İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini deyib. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024