Siyasət (17-05-2017, 21:18)
İlham Əliyev baş nazirin səlahiyyətini əlindən aldı - fərman
Bu gün Preziident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Mediatv.az Reportyor.tv istinaden xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 524; 2011, № 2, maddə 85; 2013, № 6, maddə 632; 2015, № 2, maddə 126; 2016, № 2 (II kitab), maddə 238, № 9, maddə 1478) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib:
1. 9.18-ci bənddə "Prezidenti yanında Təhsil üzrə Komissiya” sözləri "Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin.
2. 9.18-1-ci bənd ləğv edilsin.
Bununla da, Nazirlər Kabinetinin sözügedən səlahiyyəti əlindən alınıb.
