Siyasət (17-05-2017, 11:56)
Artur Rasi-zadə Ziya Məmmədovun taleyini yaşayır - son fərmanın təfsilatı
Baş nazir Artur Rasi-zadənin səlahiyyətləri hissə-hissə azalır
Mediatv.az Azerinfo.az istinadən xəbər verir ki
Baş nazir Ziya Məmmədovun aqibətini yaşamaqdadır. Baş nazir keçmiş nəqliyyat naziri kimi funskiyalarını və səlahiyyətlərini itirməkdədir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva birinci vitse-prezident təyin edildiyindən artıq A.Rasizadə "əvəzedilməz ikinci şəxs" statusunu itirib.
İndi ölkənin ikinci şəxsi birinci vitse-prezidentdir. O biri tərəfdənsə, ölkədə işlək baş nazirə ehtiyac var ki, 82 yaşlı Rasizadə bu standarta qətiyyən cavab vermir. Sonuncu fərman da baş nazir postunun əhəmiyyətsizləşdirilməsinə yönəlikdir.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 524; 2011, № 2, maddə 85; 2013, № 6, maddə 632; 2015, № 2, maddə 126; 2016, № 2 (II kitab), maddə 238, № 9, maddə 1478) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilib:
1. 9.18-ci bənddə "Prezidenti yanında Təhsil üzrə Komissiya” sözləri "Nazirlər Kabineti” sözləri ilə əvəz edilsin. 2. 9.18-1-ci bənd ləğv edilsin. Bununla da, Nazirlər Kabinetinin sözügedən səlahiyyəti əlindən alınıb.
Xüsusilə manatın devalvasiyasından sonra yaranmış yeni situasiya insanların psixoloji gərginliyinə səbəb olub. Real olaraq, bir sıra sahələrdə çoxsaylı ixtisarlar, hətta özəl sektorda işlərin zəifləməsi əhalinin bir hissəsinin məişətinə ciddi təsir göstərir.
Yaşlı nazirlərin rəhbərlik etdiyi Nazirlər Kabineti islahatlara mane olan qurum təsiri bağışlayır. Qurumun fəaliyyətsizliyini illik hesabatlarında da görmək mümkündür. Nazirlər Kabineti demək olar ki, hər il eyni hesabatlarla çıxış edir.
Bu baxımdan da hər kəs Nazirlər Kabinetində islahatların aparılacağını və baş nazir postuna gənc, perspektivli, işlək bir şəxsin gətiriləcəyinə ümid edirdi. Ancaq hələ ki, bu istiqamətdə hansısa ciddi addımların atılacağı görünmür.
Beynəlxalq təcrübələrə nəzər salsaq, görərik ki, digər ölkələrin hökumət başçıları hər zaman proseslərə nəzarət edir və digər qurumlardan daha aktiv fəaliyyət göstərir.
Ulus.Az-ın məlumatına görə, ölkə iqtisadi böhran içərisində yaşayaır, ancaq Nazirlər Kabinetinin ciddi antiböhran paketi yoxdur. Quru rəqəmləri özündə əks etdirən Nazirlər Kabineti ancaq illik hesabat hazırlamaqla məşğul olur.
Halbuki Nazirlər Kabineti islahatların lokomotivi rolunda çıxış etməli, siyasi və iqtisadi islahatlar təşəbbüsü ilə çıxış etməlidir. Qeyd edək ki, baş nazirin 6 müavini və kifayət qədər yüksək səlahiyyətləri var.
Nazirlər Kabineti tam komandayla, baş nazir də daxil olmaqla istefaya göndərilməyəcək, ordan hansısa islahat gözləmək sadəlöhvlükdür. Nazirlər Kabinetinə yeni nəfəs, yeni komanda gətirilməlidir.
Digər bir tərəfdən, nəinki baş nazir, nazirlər kabineti, ümumiyyətlə, hakim komandanın tərkibində ciddi, əsaslı dəyişikliklər getməlidir.
Uzun illərdir eyni postda oturan insanlar idarəçilikdən uzaqlaşdırılmalıdır. Bu gün monopolist olliqarxlar ya hakimiyyətdə təmsil olunan şəxslərdir, ya da onların “krişalıq” etdikləri. Bu faktı kimsə dana bilməz.
Gözlənti budur ki, bütün işlər birinci vitse-prezidentin nəzarətinə keçəcək. Əgər belədirsə, ümumiyyətlə, baş nazir postu ləğv edilsin, səlahiyyətlər verilsin vitse-prezidentə, zatən bu gün Nazirlər Kabinetinin gözəgörünən fəaliyyətləri yoxdur.