Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (17-05-2015, 14:37)
Artur Rasizadədən yeyinti məhsulları ilə bağlı qərar

 

Baş nazir Artur Rasizadənin imzaladığı yeni qərar bir sıra yenilikləri nəzərdə tutur.
Qərarda bildirilir:
“Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasının və uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin verilməsi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 142 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 9, maddə 918; 2009, № 1, maddələr 32, 34, № 6, maddə 491; 2010, № 12, maddə 1122; 2013, № 5, maddə 583; 2015, № 2, maddələr 227, 237) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin qərarla təsdiq edilmiş “Yeyinti məhsullarına uyğunluq sertifikatının verilməsi Qaydası” üzrə:
1.1. 1.4-cü bənddə “insan həyatının, sağlamlığının, əmlakının və” sözləri “insan həyatı və ya sağlamlığının,” sözləri ilə əvəz edilsin və həmin bəndə “ətraf mühitin” sözlərindən sonra “və dövlətin əmlak maraqlarının” sözləri əlavə edilsin;
1.2. 4.1.3-cü yarımbənddə “insanların həyatı, sağlamlığı və əmlakına təhlükə törədə biləcək” sözləri “insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran” sözləri ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş “Yeyinti məhsullarına gigiyenik sertifikatın verilməsi Qaydası”nın 3.1.4-cü yarımbəndində “insanların həyatı, sağlamlığı və əmlakına təhlükə törədə biləcək” sözləri “insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran” sözləri ilə əvəz edilsin.
3. Həmin qərarla təsdiq edilmiş “Yeyinti məhsullarına baytarlıq şəhadətnaməsinin verilməsi Qaydası”nın 3.1.4-cü yarımbəndində “insanların həyatı, sağlamlığı və əmlakına təhlükə törədə biləcək” sözləri “insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran” sözləri ilə əvəz edilsin. (lent.az)

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024