Siyasət (14-03-2017, 09:28)
“Sərkisyan hakimiyyəti heç kimə vermək istəmir”- RUSİYALI POLİTOLOQ
Ermənistan Prezidenti Serj Sərkisyanın həm Parisə səfəri, həm də martın 14-də Moskvaya edəcəyi səfər daha çox daxili siyasətə hesablanıb.
Mediatv.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Skakov söyləyib. O, Sərkisyanın prezident olaraq qalmaq istədiyini və buna görə də fərqli ölkələrin paytaxtlarına səfər edərək, beynəlxalq tərəfdaşlarından dəstək almağa çalışdığını bildirib:
“Qarabağ ətrafında situasiya bu səfərlər sırasında müzakirə edilə bilər, amma bu, əsas mövzu deyil. Əsas məsələ Ermənistanın daxilində hökm sürən situasiya, seçkilər və Sərkisyanın gələcəyə dair planlarıdır. Ona vacib olan prezident qalması üçün dəstək ala bilməsidir. Ümumiyyətlə, Avropa Birliyinin Qarabağ məsələsində aktivləşməsini gözləmək üçün heç bir əsas yoxdur. Bu gün AB-nin daha vacib problemləri var. Onların ən vacib işi ABŞ-la münasibətləri düzəltməkdir. Fransa lideri Fransua Olland isə gedən prezident olduğu üçün Qarabağla məşğul ola bilməz. Ona görə də Parisdə əsas müzakirə mövzusu Ermənistandakı daxili situasiya olub. Sərkisyan hakimiyyəti heç kimə vermək istəmir. Belə olmasaydı, o, konstitusiya dəyişiklikləri etməzdi. Sərkisyan Baş nazir Karen Karapetyana Moskvadan verilən ümidi qısqanır”.