Siyasət (22-02-2017, 13:30)
Elmar Məmmədyarov: “Bizim mövqeyimiz dəyişməzdir”
Təssüflər olsun ki, ermənilər uzun illərdir ki, tarixi saxtalaşdıraraq, uydurma “erməni soyqırımı”nı dünyanın gündəliyinə gətirərək, ondan siyasi məqsədləri üçün istifadə edirlər.
Mediatv.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Ankarada Türk Şurasının təşkilatçılığı ilə keçirilən “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Konfransda çıxış edən nazir bildirib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir amansız nümunəsidir:
“Ermənistanın azərbaycanlılara qarşı qəddarcasına həyata keçirdiyi qətliamlar sadəcə Xocalı soyqırımı ilə məhdudlaşmamışdır. Xocalı soyqırımı XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı Naxçıvanda, Gəncədə, Qubada, Bakıda, İrəvan xanlığında mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir və bununla bağlı həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, bu cinayətlər beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır.
Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır”.
Nazir əlavə eidb ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb: “Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya,Slaveniya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan, Cibuti parlamentləri, eləcə də ABŞ-ın 16 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünyanın 40-dan çox ölkəsində həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasının əsas məqsədi bu qanlı faciə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır.
Bu ilin yanvar ayında Malidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlamentlər İttifaqının 12-ci sessiyasında qəbul olunmuş xüsusi qətnamə “Xocalıya Ədalət” kampaniyasına tam dəstək verərək Xocalı faciəsini soyqırım kimi tanımış və təşkilatın 54 üzv dövlətinə erməni canilərinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı çağırış edib”.
Ermənilərin uydurma “erməni soyqırımı”nı dünyanın gündəliyinə gətirərək, ondan siyasi məqsədləri üçün istifadə etdiyini deyən nazir bildirib ki, bu istiqamətdə erməni diasporunun fəaliyyətini xüsusi qeyd etmək istərdim: “Uydurma tarixlərinin beynəlxalq təşkilatlarda, müxtəlif konfrans və toplantılarda “erməni soyqırımı” kimi gündəliyə çıxarılmasında, heç bir tarixi faktlara, sənədlərə əsaslanmayan yalanlarının dünya ictimaiyyətinə çatdırılmasında erməni diasporunun məqsədyönlü fəaliyyəti danılmazdır. Türkiyə dövləti dəfələrlə onlara arxivlərin açılmasını, erməni və türk tarixçilərinin birgə araşdırmalar aparılmasına dair təkliflər irəli sürsə də, ermənilər və onların havadarları iç üzlərinin ifşa olunmasından qorxaraq buna razı olmamışlar. Səbəb sadədir. Çünki onlar həqiqətdən qorxurlar.
Fürsətdən istifadə edib, Türk Şurası çərçivəsində fəaliyyət göstərən üzv ölkələrin diaspor təşkilatlarının türk dünyasına qarşı yönəlmiş erməni propaqandasına qarşı birgə fəaliyyət göstərmələrini tövsiyə etmək istərdim”.
Dağlıq Qarabağ münaqişəsinə toxunan E. Məmmədyarov deyib ki, Ermənistan – Azərbaycan münaqişəsinin bu günə qədər həll olunmaması bölgəmizdə sülhə, təhlükəsizliyə, əmin-amanlığa, o cümlədən hərtərəfli regional əməkdaşlığın inkişafına ciddi təhdiddir: “Əfsuslar olsun ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü uzun illərdir ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti nəticəsində pozulub. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmış, beynəlxalq hüququn bütün norma və prinsipləri kobud şəkildə pozulub. Beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyi məlumdur. BMT TŞ Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etsə də, bu qətnamələrin heç biri bu günədək icra edilməyib”.
Nazir əlavə edib ki, Azərbaycan sülhün tərəfdarıdır və biz münaqişənin dinc yolla həllinə tərəfdarıq:
“Bizim mövqeyimiz dəyişməzdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə, ədalətli, beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsi həm ədalətsizliyə son qoyacaq, həm də regional sülhə və təhlükəsizliyə töhfə verəcəkdir.
Qeyd etmək istərdim ki, biz yaşadığımız bölgədə sülh, sabitlik, əmin-amanlığın təmin edilməsi üçün daim səylər göstəririk. Ölkəmiz terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir və öz töhfələrini əsirgəmir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024