“Avropa İttifaqı Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulan referendumun konstitusional və hüquqi quruluşunu tanımır”.
Mediatv.az xəbər verir ki, bu barədə Avropa İttifaqının mətbuat xidmətindən Dağlıq Qarabağda fevralın 20-də keçirilməsi nəzərdə tutulan "referendum"la bağlı bildirilib.
Mətbuat xidmətindən qeyd olunub ki, ATƏT-in Minsk qrupu həmsədrləri məsələ ilə bağlı artıq bəyana verib: “Bu referendum Dağlıq Qarabağın gələcək statusunu müəyyənləşdirə və danışıqlar prosesinə təsir edə bilməz. Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstələyir və davamlı sülh naminə danışıqların tez bir zamanda bərpasına çağırır”.