Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-01-2017, 14:45)
Razi Nurullayev müxalifəti birləşməyə çağırdı

 

 

“Neçə illərdən bəri müxalifət partiyaları və birlikləri xalqın dəyişiklik ümidini qırıb. Varlığı və fəaliyyəti ilə xalqın önündə sədd olub. Xalq isə sadəlövhcəsinə ümidini onlara bağlayıb və düşünüb ki, onlar nəsə edəcəklər”.

Mediatv.az xəbər verir ki, bu sözlər AXCP-lərdən birinin sədri Razi Nurullayevin `cebhe.info` saytında yayımlanan məqaləsindən. O, yazır ki, xalqın olduğu iddia edilən Milli Şura antimillidir: “Bu, faktdır və mübahisə predmeti deyil. Onun varlığı müxalifətin birləşməsinə bir maneədir... Bir çox siyasi partiyalar müxalifətin birləşməsi və dəyişiklik yaratması önündə "Yurd" sədrinin və onun himayə etdiyi Milli Şuranın dayandığını çox gözəl bilirlər. Bu fəlakəti öz dərilərində hiss edirlər, amma yenə də nə açıq danışa bilirlər, nə də hərəkət edirlər. Təşəbbüslərə isə qısqanclıq və qorxu ilə yanaşırlar. Bu, bizə düşünməyə əsas verir ki, onlar "Yurd" sədrindən nəinki qorxurlar, həm də "üyüdürlər". O bağlı kluba nə özünüzün girmək istəyiniz var, nə də sizi ora buraxan var. Elə isə daşı tökün ətəyinizdən, sağlam düşünün və oturub danışaq, yeni birlik formalaşdıraq”.

Nurullayev xatırladır ki, 2003-cü ildə Müsavat başqanı İsa Qəmbər hər kəsdən bir neçə addım öndə idi. O zaman "Yurd" sədri Əli Kərimli dəyişiklik naminə gücə güc qatmaqdansa, gücləri parçalayıb Etibar Məmmədovun yanında dayandı: “Topladıqları səs səhv etmirəmsə 3%-ə yaxın idi. İddia etməsinlər ki, səslər saxtalaşdırılıb. Hakimiyyət heç vaxt quyruqda gələnlərin səsinə toxunmur. 2003-cü il yada düşəndə, çoxları İsa Qəmbəri günahlandırır, amma bəs seçkiyə qədər olan tarixi niyə unudaq? Bu tarixi gömənləri niyə unudaq?

2005-ci ili çoxumuz dəyişiklik ili kimi görürdük. 26 noyabrda "Yurd" sədri yenə də sayın İsa Qəmbərlə höcətləşib, bildiyini etdi. Dedi ki, oturaq aksiya keçirək. Özü çox ziyan görmədi. Meydanda axıra kimi oturan Liberal Partiyanın hazırkı sədri Əvəz Temirxan oldu və ölümcül döyüldü. Oturaq aksiyanı o keçirdi, bu işi təşkil edənlər və qol qoyanlar qaçdı. Nəticə nə oldu, müxalifət ən ağır məhrumiyyətlərə düçar oldu və bu günə kimi özünə gəlməyib.

2005-ci ildən 2010-cu il Parlament seçkilərinə kimi səs-səmirləri kəsildi, qəbirdən səs gəldi, bunlardan yox. Hamı başını girlədi... Budurmu siyasət və xalqa verilən vəd?

2008-ci il prezident seçkilərində iştirak etməyə də cürətləri çatmadı. Hansı ki, mübarizə davamlı olmalıdır. Elə 2008-ci ildə göstərilməyən mətanət, ardıcıllıq siyasi prosesləri tam iflasa uğratdı. Çünki 2005-ci ildə "Yurd" sədrinin intiqam hissi ilə alışıb yanması bütün siyasi prosesi polis dəyənəyi ilə məhv etmişdi.

2013-cü il Prezident seçkilərinə ümid böyük idi. Hər birimiz bu gün "Yurd" sədrinin oyuncağına çevrilən Milli Şurada birləşmişdik. Bunu da oyunsuz buraxmadı "Yurd" sədri. Özünün namizəd olmağa cəsarəti və inamı çatmadı, İsa Qəmbərin önünü isə kəsmək üçün qurmadığı oyun qalmadı. Ziyalı kimi bu gün də hörmət bəslədiyim Cəmil Həsənli xalqı səfərbər edə bilmədi. Mübarizə, əslində Azərbaycan kimi ölkələrdə seçkidən sonra başlayır. Bir siyasətçinin, bəlkə də İsa Qəmbərin namizəd olması hər şeyi dəyişə bilərdi. Təəssüf ki, “Yurd” sədrinin və onunla eyni düşüncəni bölüşənlərin sayəsində Milli Şura yarandığı gündən oyunlara vəsilə oldu və 2013-cü il şansını da xalqın, müxalifətin əlindən aldı. 
Budur siyasi fəlakət! 

Biz hamımız hər gün tənqidlər yazırıq, iqtidarı, İlham Əliyevi tənqid edirik, bəzən kim daha çox tənqid edər deyə yarışa da giririk. Amma bunun faydası xalqın gözləntisi qədər deyil, bəzən isə çox azdır. Xalq artıq düşünməyə başlayıb ki, müxalifətin işi İlham Əliyevi haqlı və ya haqsız olaraq tənqid etməkdən ibarətdir. Sanki İlham Əliyevi tənqid etmək və daha çox sərtlik göstərmək elə əsl müxalifətçilik deməkdir. Müxalifətçilik xalqın gözləntisinə uyğun dəyişiklik yaratmaqdır. Biz bu yol ilə gedirik. İnşallah Azərbaycanda normal və müsbət dəyişikliklər yarada biləcəyik. Biz buna inanırıq. AXCP olaraq bunu bacarağımızdan əminik. Amma daha tez və yetərli qələbələr naminə birlik istəyirik. Müxalifəti birliyə və həmrəyliyə səsləyirik!”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024