Siyasət (18-08-2016, 17:45)
"Xalqın dəmir yumruqlu, səmimi, inadkar siyasətçilərə ehtiyacı var" - Razi Nurullayev
Siyasi təmərküzləşmə, siyasi inteqrasiya, siyasi dedi-qoduların dondurulması çox vacibdir. Mənasız və məntiqsiz şəkildə təkbaşına liderlik iddiası, özünə vurğunluq, kreslosunu saxlama təşəbbüsü yolverilməzdir. Çünki, bu zaman müxalifətin iqtidardan heç bir fərqi qalmır.
Mediatv.az xəbər verir ki, bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib. Sədr qeyd edib ki, əgər iqtidar siyasi ömrünü uzatmaq üçün səy göstərirsə, müxalifət də müxalifət ömrünü uzatmaq üçün çarpışır:
“Bu gün proses bunu göstərir. Xalq unudulub. Azərbaycanın dəyişməsində rol alacaq şəxs birmənalı olaraq Azərbaycan xalqıdır. Kənardan imdad gözləmək və dəstək axtarmaq bədbəxtçilikdir.
Nə ABŞ, nə Avropa Birliyi, nə Avropa Şurası, nə BMT, nə Ərdoğan, nə də Fətullah Gülən Azərbaycan üçün nəsə edə bilər. Onların işə qarışması xalqa təhqirdir. Xalqın taleyinin formalaşmasında rolu digər dövlətlər və şəxslər alarsa, o zaman Azərbaycan da Suriya, Liviya, Misir ola bilər. Ukrayna da göz qabağındadır. Demokratik cəhətdən nə qədər irəli getsələr də sinələrinə vurulan torpaq, parçalanma və separatizm yarası onilliklər boyunca sağalmayacaq”.
AXCP sədri bildirib ki, Azərbaycan xalqının xilası yalnız xalqın öz əlindədir:
“Xalq zaman gələcək ki, öz sözünü deyəcək. Uzun illər yarıtmaz siyasətçilərin, yalançı və hoqqabazlıq azarına tutulmuş, məfkurəsi xarab olmuş, damarlarına kimi, iliyinə kimi zəhərlənmiş insanların ucbatından onun inamı və etibarı qırılıb, məhv olub, daha doğrusu məhv edilib. Xalqın dəmir yumruqlu, səmimi və inadkar siyasətçilərə ehtiyacı var, xalqın maraqları naminə inteqrasiya edən, birləşən, natamamlıq hissini kənara qoyan siyasətçilərə ehtiyacı var. Bu gün normal və xalqın inamını bərpa etmək istəyən siyasi təşkilatların birləşməsinə ehtiyac var. Biz bu yolda şərt qoymadan danışıqlar aparmaqdan yanayıq. Əminik ki, xalqın inamını qaytarmaq olar və Azərbaycanı mütləq şəkildə hər kəsin arzuladığı bir ölkəyə çevirə bilərik”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024