Siyasət (21-02-2015, 12:14)
Sərdar Cəlaloğludan Milli Şuraya sərt cavab
“Onlar bilirlər ki, özləri daha gözəgəlimli ayağı sürüşkəndirlər”
Hakimiyyətlə dialoqda iştirak edən partiyaların ünvanına Milli Şuranın rəhbərliyinə daxil olan şəxslər tərəfindən ittihamlar davam edir.
Dialoqda iştirak edən KXCP sədri Mirmahmud Mirəlioğlu, ADP sədri Sərdar Cəlaloğlu və Ümid Partiyasının sədri İqbal Ağazadənin “Yeni Müsavat” qəzetinin srağagünkü sayına açıqlamalarnda siyasi dialoqu şou adlandıranlara sərt cavab vermələri isə Milli Şura rəhbərliyini daha da qəzəbləndirib.
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev “Azadlıq” qəzetinə açıqlamasında təhqiramiz ifadələrdən belə çəkinməyib: “Xalqa yazıqlar olsun ki, maskalanmış bu qurumlara uzun illər müxalifət deyib. Milli Şura yeganə ictimai-siyasi güc olaraq, ləyaqətlə, vicdanla, Azərbaycan ictimai-siyasi fikrini təmsil edir. Əgər dialoqa getmək lazım olsa və bu proses cəmiyyəti narahat edən problemləri çözməyi qarşısına məqsəd kimi qoysa, Milli Şura yalnız ölkə başçısı ilə dialoqa gedə bilər.
Milli Şura ən azından hakim partiyanın bütün rəhbərliyi iştirak etdiyi dialoqa qatıla bilər. Sərdar Cəlaloğlunun dedikləri çox zaman ”gecə vaxtı ulduza deyilən sözlər" silsiləsindəndir. İqbal Ağazadəni isə hamı tanıyır. Əgər bu şəxslər Azərbaycan müxalifəti funksiyasını daşımağı öhdələrinə götürürlərsə, bu yalnız sifarişli müxalifət ola bilər. Bunların da dialoqları yalnız imitasiyaya, kimisə yamsılamağa hesablanıb. Şəxsən mənim üçün onların dedikləri milçək vızıltısından başqa bir şey deyil. Amma çox istərdim ki, bu siyahıdan KXCP sədri Mirmahmud Mirəlioğlunu istisna edim. Bizi ittiham edənlərin işi ayağısürüşkən qadının özünü haqlı çıxarmaq üçün qışqırmasına bənzəyir".
ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, özünü ziyalı sayan Eldəniz Quliyev açıq-aşkar təhqirlərə yol versə də o, məhkəməyə şikayət etmək fikrində deyil: “Ayağı sürüşkənlikdən söhbət gedirsə, hər kəs getsin güzgünü qoysun qarşısına və baxsın özünə. Eldəniz Quliyev məcazi mənada deyirsə, mən ona birbaşa mənada deyirəm ki, getsin baxsın görsün ayağı sürüşkən qadına kim oxşayır.
Ayıbdır ki, ziyalı adını daşıyan adam ağzına gələni danışır. Bir müddət əvvəl polislər haqqında təhqiramiz ifadələr işlətmişdi. Daxili işlər naziri də onu vermişdi məhkəməyə. İndi mən Eldəniz Quliyevi məhkəməyə versəm bunlar deyəcəklər ki, hakimiyyətlə eyni addımı atır, sifarişlə hərəkət edir. Eldəniz Quliyev və Milli Şurada onun kimi bir sıra şəxslərin məqsədi odur ki, ağıllarına gələn tərbiyəsizliyi eləsinlər, biz də onları məhkəməyə verək və onlar da desinlər ki, görürsünüz müxalifətçini hakimiyyət də məhkəməyə vermişdi, bunlar da məhkəməyə verdi. Bu adamların guya öz aləmlərində uzaqgörən siyasəti budur. Amma it hürər karvan keçər. Kim nə deyir desin. Başlanan siyasi dialoq Azərbaycana xeyir gətirəcəksə, lap yaxşı, gətirməyəcəksə, biz hakimiyyətə nəsə vermirik və müxalifətçilikdən imtina etmirik”.
ADP sədrinin dediyinə görə, Milli Şuradakılar bir tərəfdən hakimiyyətlə dialoqu siyasi oyunbazlıq adlandırırlar, o biri tərəfdən isə deyirlər ki, hakimiyyətlə dialoqa Milli Şuranın rəhbərliyi getməlidir: “Görünür onlar bilirlər ki, özləri daha gözəgəlimli ayağı sürüşkəndirlər. Onların davranışı özünü bazara çıxarmaqdır. Adama deyərlər ki, sən hansı səviyyənə görə dialoqda ancaq özünüzün iştirak etməyinizi iddia edirsən. Dialoq təşəbbüsü ilə ilk dəfə ADP 2005-ci ildə təşəbbüs qaldırıb və hətta buna görə AXCP kimi qüvvələr tərəfindən təhqirlərə məruz qalmışıq. İndi dialoqun əleyhinə olan bu cür qüvvələr deyirlər ki, dialoq məhz onlarla olmalıdır. Halbuki, bu qüvvə nəinki hakimiyyətlə heç müxalifət partiyaları ilə, Müsavatla dialoq mühiti yarada bilmir, müharibə vəziyyətində olur. Bu psixologiya ilə kim həmin qüvvə ilə dialoqa gedə bilər. Bunların məqsədi odur ki, dialoqa gedib söyüş söysünlər və başlanan proses uğursuzluqla bitsin”. (
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024