Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (30-08-2016, 14:50)
Razi Nurullayev: "Ölkənin taleyüklü məsələlərində iştirakımızı istəyirik"

Razi Nurullayev: ‘Ölkənin taleyüklü məsələlərində iştirakımızı istəyirik’

 

 

“Ölkədə siyasi müxalifətin cəmiyyətin və dövlətin işində yaxından iştirakı nəinki vacibdir, həm də böyük zərurətdir. YAP-ın təkhakimiyyətliliyi böyük problemlər yaratmaqdadır. Görünən nədir? Müxalifət ən sərt sözlərlə tənqid edir, hər şeyi pisləyir, bəzən zornan ağı da qara görür, iqtidar isə özünü şəffaf şüşə, Bisutun dağı və aydan arı, sudan duru hesab edir. Bu, belədirmi? Əlbəttə, yox…”
Mediatv.az xəbər verir ki, bu sözləri yeni AXCP-nin sədri Razi Nurullayev deyib. Partiya sədri bildirib ki, bəzən kinayə ilə baxılan İran dövləti belə, demokratiya nümunələri yaradır: “Ölkədə ciddi hesabatlılıq, qanun qarşısında qorxu, azad və demokratik seçki var. Xalqın iradəsi keçir. Rusiyada parlamentdə ciddi siyasi qüvvələr yüzlərlə yer qazana bilir, federal hökumətdə təmsil olunur, prezidentdən tutmuş digər yüksək çinli hakimiyyət nümayəndələri ilə görüşə bilir, televiziyalarda danışır, siyasi tok-şouların iştirakçısı olur. Qonşu Gürcüstanda tam demokratik abu-hava var, hakimiyyətlər azad və demokratik seçkilərlə formalaşır, iqtisadiyyat tam liberallaşıb, azad biznes üçün hər cür şərait var. Qonşu Türkiyə də demokratik dövlətdir, 15 iyul hərbi çevrilişə xalqın verdiyi dəstək cəmiyyətin də demokratikləşdiyinin, demokratiyanın dövlətin tam dərinliyinə qədər işlədiyinin sübutu oldu. Yalnız qonşu bədnam Ermənistan qeyri-demokratiya burulğanında, korrupsiya və özbaşınalıq mühitində boğulur”.
“Azərbaycan nədən demokratiya yolunu açmaq əvəzinə, öz iqtidarının ömrünü uzatmaq üçün addım atmaqdadır?” deyən Razi Nurullayev bildirib ki, ölkədə əsas azadlıqlar, siyasi partiyalar üçün bərabər şərait, azad seçki ancaq kağız üzərində möhtəşəm görünür, reallıqda isə hər şey fərqlidir: “Hər bir sosial, iqtisadi problemin arxasında aparılan siyasət dayanır. Ölkədə normal siyasət və normal siyasətin aparılması üçün mühit olarsa, bir çox problemlərdən qaçmaq olar. Xalqın öz taleyini ancaq YAP hakimiyyətinə həvalə etməsinə və bunu istəməsinə inanmırıq. Hər kəs pis ola bilməz, hər kəs satqın ola bilməz, hər kəs gülənçi ola bilməz, hər kəs boşboğaz siyasətçi deyil. Biz də ölkənin taleyüklü məsələlərində iştirakımızı istəyirik. Azərbaycan elə də oturuşmuş dövlət deyil ki, tək partiya hökuməti idarə etsin. Siyasi partiyaların hakimiyyətdə təmsilçiliyi olmalıdır və bunun qarşısını heç bir qüvvə ala bilməz. Gözləntim xalqın ayılması və ortaya geriyə dönməz tələb qoymasıdır. Biz prosesləri 2018-ci il prezident seçkilərindən o yana buraxa bilmərik. Bu, çoxumuz üçün son imtahandır. Ondan sonra xalqın yolundan geri çəkilməkdə fayda var. Amma biz bu ilə inamla baxır və hazırlıqlarımızı da ona görə edirik. Ümid çoxdur. Gün doğmamış nələr doğar”.(Musavat.com)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024