Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-09-2015, 22:27)
Əli Əhmədov: “Bunun adı da «5-ci kolon»dur”

ali ahmadov.jpg

"Azərbaycanın siyasi həyatında müxalifətin rolu demək olar ki, görünmür. İndi müxalifət, xüsusilə də onun aqressiv hissəsi siyasi mübarizəni və siyasi fəallığı Azərbaycandan kənarda olan müxtəlif qruplarla işbirliyində görür”.

Mediatv.az-ın məlumatına görə, bu sözləri YAP-ın rəsmi saytına müsahibəsində baş nazirin müavini, partiyanın sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, ən acınacaqlısı da odur ki, həmin qruplar bir qayda olaraq anti-Azərbaycan mövqeyini heç zaman gizlətmir: "Nəticədə müxalifətin həmin qolu özü mahiyyət etibarilə anti-Azərbaycan elementinə çevrilir. Bunun bir adı da «5-ci kolon»dur. Tamamilə aydındır ki, öz qrup maraqlarını xalqın maraqlarına qarşı qoyanlar xalqın dəstəyinə ümid edə bilməz. Müxalifətin bəzi dairələrinin seçkilərdə iştirak etməməsinin səbəbini bunda axtarmaq lazımdır”.

Ə. Əhmədovun fikirincə, siyasi rəqibləri, opponentləri bu günə qədər aydın hədəflərini müəyyənləşdirə bilməyiblər: “Siyasi fəaliyyətlərinin yeganə məqsədini şər və böhtanda görürlər, milli maraqlara zərbə vurmaqdan belə çəkinmirlər. Cəmiyyətə pozitiv heç nə vəd edə bilmirlər, mahiyyət etibarilə neqativ enerji daşıyıcılarına çevriliblər".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024