Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (2-08-2016, 15:46)
Azər Ayxan da Müsavatdan getdi

 

 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun qardaşı, qəzetin baş redaktorun birinci müavini Azər Ayxan da Müsavat Partiyasından istefa verdiyini bəyan edib.
Mediatv.az-ın məlumatına görə, A.Ayxan istefasını Müsavat başqanı Arif Hacılının son müsahibəsində R.Arifoğluna qarşı tutduğu mövqe ilə əlaqələnidirb. 

A.Ayxan qeyd edib ki, Müsavat partiyasının rəhbəri Arif Hacılı son müsahibəsində "Yeni Müsavat" qəzeti və Rauf Arifoğlu barədə dediyi təhqiramiz sözlərə, heç bir fakta əsaslanmayan ifadələrə, iftira və böhtanlara görə 1992-ci ilin sentyabr ayından bu günə kimi üzvü olduğum Müsavat partiyasındakı fəaliyyətini dayandırır: 

`A.Hacılının bu çirkin mövqeyi təkcə R.Arifoğluna qarşı yönəlməyib. Onun bu sözləri, böhtan və təhqirləri avtomatik olaraq Rauf bəyin rəhbərlik etdiyi "Yeni Müsavat" media qrupunda çalışan onlarla tanınan imzaya, jurnalist kollektivinə yönəlib. Ən dəhşətlisi isə odur ki, özünü demokrat siyasətçi kimi cəmiyyətə sırımağa çalışan Arif Hacılı bu mövqeyi ilə söz-mətbuat azadlığına qarşı olduğunu sübut etdi.

Həmçinin fərqli mövqeyə, baxışa, ifadə azadlığına düşmən mövqedə dayandığını isbatladı. Bir qəzet redaktorunun, jurnalistin partiyadan istefasını şərh edərkən həmin jurnalistə qarşı mənəvi-psixoloji terrora yol verdi. Belə bir düşüncə daşıyıcısının rəhbər olduğu partiyada qalmaq, fəaliyyət göstərmək əslində demokratiyaya, söz və mətbuat azadlığına, prinsiplərə hörmətsizlik olardı`.

Qeyd edək ki, Azər Ayxana qədər qəzetin baş direktoru Ələsgər Süleymanov, yazar Elşad Paşasoy, qəzetin əməkdaşı Etibar Seyidağa partiyadan istefa verdiklərini bəyan ediblər.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024