Siyasət (5-12-2014, 15:55)
Əli Kərimli Müsavat partiyasını qarışdırdı
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun və rəhbərlik etdiyi kollektivin Müsavat Partiyasından istefa verəcəyi ilə bağlı fikrinə Müsavat Partiyası münasibət bildirib
Partiyanın sədr müavini Gülağa Aslanlı azvision.az-a açıqlamasında R.Arifoğlunun iradlarını qəbul etmədiyini deyib:
“Müsavat Partiyasının partiya üzvlərinə dəstək verməməsi anlayışını qəbul etmirəm”-deyə qeyd edən G.Aslanlı Müsavat partiyasının hər zaman Rauf Arifoğluna dəstək verdiyini diqqətə çatdırıb.
“Müsavat Partiyası güc birliyini həyata keçirir və həmişə haqqın yanındadır. Həmişə də mətbuatı müdafiə edir, bundan sonra da belə olacaq”.
"Yeni Müsavat"çıların partiyanı tərk edəcəklərinə gəlincə isə, G.Aslanlı bu barədə danışmaq istəməyib.
Müsavat başqanının digər müavini Elman Fəttah isə “Yeni Müsavat” qəzeti və kollektivinin incikliyini anlayışla qarşıladığını deyib:
“Rauf Arifoğlu və “Yeni Müsavat” qəzeti uzun illər Müsavat Partiyasının ideoloji siyasi xəttinin təbliğində əvəzsiz xidmətləri olub. İncikliklərini anlayışla qarşılayıram”.
Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat partiyasından çıxa biləcəyilə bağlı öz “facebook” səhifəsində xəbərdarlıq edib. O, yazıb ki, Müsavat partiyasının rəhbərliyi də ona qarşı haqsız addımlar atır:
“Tamam qardaşlar, inşallah, gələn həftə qəzetdə çalışan müsavatçılar olaraq bu partiyada qalıb-qalmamaq məsələsini müzakirə edərik. Rahat olun. Müsavat rəhbərliyi bizi Əli Kərimli ilə öz aralarında hesab edirlərsə, biz çəkilərik... ”.
R.Arifolunun statusu sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Adı çəkilən statusa qəzetin redaktor müavini, Rauf Arifoğlunun qardaşı Azər Ayxan da münasibət bildirib:
“Çox ciddi bir qərar verməyin zamanı yetişib artıq. Bizi hər addımda, hər fürsətdə kürəyimizdən vuran bir partiya ilə yola davammı, yoxsa tamammı... Partiya rəhbərliyi hələ də elə anlayır ki, “Yeni Müsavat”ın onlara əşhədü ehtiyacı var. Bunca etdikləri pisliklərə dözürük, elə bilirlər ehtiyacımız olduğundandı bu dözümlülük. Birilərinə dərs verməyin, nəyin necə olduğunu başa salmağın zamanı çatıb. Bunca naşükürlüyə, nankorluğa, namərdliyə niyə və kimə görə dözək? Niyə özümüzü aldadaq? Can onların, cəhənnəm Tanrının - yolumuza baxaq”.
Rauf Arifoğlunun ANS-ə müsahibəsini paylaşdığı daha bir keçiddə isə Müsavat Partiyasının fəalları da mövqelərini bildiriblər.
Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Ellada Məmmədli Rauf Arifoğlunu pisləyən Müsavatçı Osman Kazımovun insanları şərləməklə məşğul odluğunu iddia edib:
“Osman Kazımov rəhbərliyə seçiləndən yetənə yetir, yetməyənə daş atır. İnsanları müdafiədən çox, şərləməklə məşğuldur....”
Partiyanın başqan müavini Səxavət Soltanlı isə dostlarının onların söyülməyinə imkan yaratdığını yazıb:
“Heç zaman söyülməsinə və təhqir olunmasına razı olmadığımız dostlar, bizim söyülməyimizə imkan yaradırlar. Hər bir müsavatçının, dostlarımızın rəhbərliydən narazılığı ola bilər, bunu müzakirə etmək imkanımız olduğu halda aylardır təhqir olunduğumuz azmış kimi, dünən axşamdan haqqımızda deyilməyən təhqirlər eşitməkdəyik”.
"Yeni Müsavat" qəzetinin Müsavat Partiyasına hüdudsuz media dəstəyi verməsinə baxmayaraq, Əli Kərimli davasına partiyanın yeni başqanı Arif Hacılı hələ də susur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024