Gündəm (19-12-2014, 19:10)
Rauf Arifoğlu: “Müxalifətə qarşı istifadə olunan təbliğat metodları durdurulmalıdır”
Rauf Arifoğlu: “Onlar barışmaq istəmirlər”
Müsavat başqanı Arif Hacılı dekabrın 18-də öz “Feysbuk” səhifəsində AXCP sədri Əli Kərimliyə və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna müraciət edib: “Rauf Arifoğlu və “Yeni Müsavat” qəzeti ilə “Azadlıq” qəzeti, Əli Kərimli, onun tərəfdarları və yaxınları arasında qarşıdurma əndazəni aşıb, qırmızı xətt keçilib. Zamanında müxalifətə qarşı istifadə olunan, nifrətlə qarşıladığımız təbliğat metodları durdurulmalıdır.
Hörmətli Əli Kərimlinin bu istiqamətdə digər çağırışlarla yanaşı mənim də xahişimi nəzərə alacağına, bu qovğanı dayandırmaq üçün səy göstərəcəyinə inanıram. Hörmətli Rauf bəydən də “Azadlıq” qəzeti haqqında şikayət ərizəsini geri götürməsini xahiş edirəm”.
Rauf Arifoğlunun “Azadlıq” qəzeti ilə bağlı iddia ərizəsi hazırda Yasamal Rayon Məhkəməsinin hakimi Ayaz Məmmədovun icraatındadır.
Dekabrın 19-da “Media forum” saytına danışan Rauf Arifoğlu deyib ki, Müsavat başqanı Arif Hacılı siyasi səhnədə baş verən anomaliyadan narahatlığını dilə gətirib: “Arif Hacılı müraciət edib ki, AXCP rəhbəri ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru arasında davam edən münaqişəyə son verilsin. Doğrusu, münaqişəni başlayan tərəf mən deyiləm. Bu, bir ay əvvəl Batumidən hazırladığım reportajlar kontekstində yaranmış münaqişədir. Arif Hacılının bu narahatlığını və təkliflərini bölüşürəm. Narahat olmağa kifayət qədər ciddi əsas var. Bizim də diqqətimiz yayınır.
Qarşı tərəf bütün potensialı ilə bir qəzetin üstünə gəlməkdə davam edir. Bu da siyasi səhnədə heç də sağlam olmayan bir mühitin yaranmasına səbəb olur. Maraqlısı odur ki, Arif Hacılının bu müraciətindən sonra cəbhəçilərin aqressivliyi daha da artıb. Bu da onu göstərir ki, barışmaq və münasibətləri normallaşdırmaq istəmirlər.
Bizim kollektivin üzvləri bir az narahat və incikdirlər ki, niyə hücum edənlərlə zərərçəkən arasında bərabərlik işarəsi qoyulur. Bu baxımdan hələ heç bir qərar verə bilmərəm. “Azadlıq” qəzeti ilə bağlı iddia ərizəsi Yasamal Rayon Məhkəməsinə çatıb, işə baxacaq hakim də müəyyənləşib. Şikayət ərizəsində təxminən 20-yə yaxın yazıya təkzib tələbimiz var. 1 manat məbləğində də təzminat istəyirik.
“Azadlıq” qəzeti və cəbhəçilər öz kurslarına davam etsələr, prosesin gedişində 1 rəqəminin arxasına beş sıfır əlavə olunacaq. Təbii ki, heç istəməzdim ki, belə bir sonluq olsun, “Azadlıq” qəzetini məhkəməyə verim. Zaman-zaman çəkişsək də, müəyyən vaxtlar bir yerdə mövcudluğumuz üçün mübarizə aparmışıq. Onlar bizə dəstək verib, biz onlara dəstək vermişik, ofislərindən qovulanda ofis, kompüter verib hər şərait yaratmışıq. Münasibətlərin məhkəməyə qədər gəlib çıxmasını istəməzdim. Lakin özümü müdafiə üçün hüquqi müstəvidən başqa bir variant görmürəm. Təbii ki, Müsavat başqanı Arif Hacılının və digər hörmətli 8 nəfərin ictimailəşməmiş təklifini nəzərə almağa borcluyam və buna çalışacam”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024