Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (7-04-2016, 14:46)
“Ay qardaşlar, bu qanunu hardan köçürmüsünüz, Rusiyadan?”

 

“Qanun layihəsinin dili çox qəliz və bərbaddır, heç nə başa düşmək olmur. Bunu haradan götürmüsünüz, hansı ölkənin qanunundan köçürmüsünüz?”.

 

Mediatv.az-ın məlumatına görə, bunu deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsinin ikinci oxunuşunun müzakirəsi zamanı deyib.

"Mən dünən Milli Məclisin müvafiq şöbəsi ilə danışdım, iradlarımı bildirdim, çünki həddindən artıq qəliz yazılıb, heç nə başa düşmək olmur. Bunu elə yazın ki, biz mütəxəssislər heç olmasa, başa düşək" - deyə Vahid Əhmədov bildirib.

Deputatın sözlərinə görə, bu sənədin əslində əsas məqsədi daxili bazarı qorumaq, dempinqə məruz qalan məhsulların miqdarını azaltmaqdır:

"Mən soruşmaq istəyirəm, ümumiyyətlə, Azərbaycanın dempinqə məruz qalan məhsullarının miqdarı, məbləği nə qədərdir? Hər halda müvafiq qurumlarda bunu bilənlər var. Onlar bunu açıqlasınlar.

Bəlkə heç dempinqə məruz qalan məhsullarımız yoxdur? O zaman bəlkə heç bu qanuna da ehtiyacımız yoxdur?" 

Komitə üzvü onu da qeyd edib ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmağa hazırlaşır.

"Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvülüyə hazırlaşır. O zaman bu qanun həmin təşkilatın tələblərinə uyğunlaşdırılmalıdır. Yoxsa, bizim üçün əlavə problemlər yarana bilər. 

Azərbaycan ümumiyyətlə, bu məsələ ilə bağlı gələcəkdə hansıa dövlətə öz tələblərini irəli sürəndə, bunu çox ciddi şəkildə əsaslandırmalıdır, yoxsa, bizi məhkəməyə verə bilərlər. 

Ona görə, yenə soruşuram, ay qardaşlar, bunu haradan köçürmüsünüz - Rusiyanın qanunundanmı, başqasındanmı?”.

“Mən indiki zamanda bunu ikinci oxunuşun müzakirəsinə çıxarmağın da tərəfarı deyiləm. 

Plenar iclasın ikinci oxunuşunun müzakirəsinə kimi, bu sənədi əməlli-başlı təkmilləşdirmək lazımdır" - deyə deputat qanun layihəsinə öz iradlarını bildirib.

Modern.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024