Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (16-02-2016, 13:52)
Vüqar Bayramov: “Antidempinq tədbirləri təxirə salınmalıdır"

“Maliyyə Nazirliyi axır ki, uzun müddət gündəmə saxladığımız təklif əsasında ixrac subsidiyası mexanizmini tətbiqi ilə bağlı Nazirlər Kabinetinə layihə təqdim edib. Layihəyə əsasən, ixrac ilə məşğul olanlar büdcədən subsidiya alacaqlar. Bu zaman ixrac edilən malın dəyərinin 3, bəzi hallarda isə 5 faizi məbləğində subsidiya veriləcək”.

 

Mediatv.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib. 


Ekspertin sözlərinə görə, ixrac olunan məhsulun xammalının ən azı 50 faizinin yerli mənbələrdən alınması, qeyri-neft sektorunda fəaliyyət göstərməsi, ödənişi bank vasitəsi ilə alması kimi şərtlər də olacaq: “Bunlar da düşünürəm ki, əslində vacib şərtlərdir. Bütövlükdə, belə subsidiya ixracın stimullaşdırılması baxımdan əhəmiyyətlidir. Bu müsbət təklif idi və subsidiyalaşmanın şəffaf mexanizmlərinin formalaşdırılması da olduqca vacibdir. Çünku şəffaf mexanizmlər ilə subsidiyalaşma səmərəli ola bilər. Ümid edirik ki, yaxın zamanlarda qəbul ediləcək”.

Həmçinin V.Bayramov vurğulayıb ki, istehlak etdiyimiz malların 80 faizindən çoxunu xaricdən gətirdiyimiz zamanda antidempinq tədbirlərinin həyata keçirilməsi müzakirə edilir: “İnkişaf etmiş ölkələrdə belə tədbirlərin məqsədi idxal olunan mallara yüksək vergi və rüsum tətbiq etməklə daxili istehsalı qorumaqdır. Amma razılaşaq ki, əvvəlcə daxili istehsalı formalaşdırmalıyıq, sonra onu qorumaq haqqında düşünməliyik. Əgər çox az sayda məhsullar üzrə yerli istehsal hesabına tələbatı ödəyiriksə, o zaman antidempinqlə nəyi qoruyacayıq? Əksinə bu addımın atılması istehlak bazarında qiymətləri yüksəldəcək və idxail ilə məşğul olan iş adamların bir qisminin bazardan sıxışdırılıb çıxarılmasına səbəb olacaq. İdxaldan asıllıq inzibatı metodlar ilə deyil, bazar tərəfindən aradan qaldırılmalıdır. Yüksək vergilər ilə xarici istehsal mallarının ölkəyə buraxılmaması heç də idxaldan asıllığın aradan qaldırılması anlamına gəlməməlidir”.

Ekspert bildirib ki, idxal mallarının qarşısını vergilərin artırılması deyil, yerli istehsalın inkişafı hesabına mümkündür: “Bütövlükdə, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsinə redaktə edilməsi və antidempinq tədbirlərinin tətbiqinin təxirə salınması məqsədə uyğundur. Əks halda, o yerli istehsalın inkişafını deyil, qiymət artımlarını stimullaşdıracaq. Bu zaman idxal olunan məhsullar üzrə qiymət artımları müşahidə ediləcək. Nəticədə, anti-dempinq tədbirləri daxili bazarı qorumaq əvəzinə bizlərin daha bahalı məhsullar almasına səbəb olacaq. Buna görə də, ant-depminq siyasətinin indi deyil, yalnız yerli istehsal formalaşdırıldıqdan sonra həyata keçirilməsi mümkündür. Beləliklə, fərqli nəticələrə hesablanan iki fərqli təklif. Ümid edək ki, birincinin qısa zamanda qəbulu, ikincinin isə redaktəsi həyata keçiriləcək”.

Qeyd edək ki, Milli Məclis fevralın 12-də keçirilən plenar iclasında "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə iclasda bildirib ki, qanun layihəsi yerli istehsalçıları vicdansız rəqabətdən, dempinqdən və (malın ölkəyə normal dəyərindən aşağı qiymətə idxalı) Azərbaycana subsidiyalaşdırılmış idxaldan qorunmağa kömək edəcək.

Qanun layihəsi dempinq faktlarının aşkar olunması üzrə yardım tədbirlərini ehtiva edir. Belə faktların aşkar edilməsi zamanı həmin məhsulun ölkəyə idxalı üçün gömrük rüsumunun həcminin dempinq marjası həcmində artırılması nəzərdə tutulur.

Z.Səmədzadənin sözlərinə görə, Azərbaycan 140-dan artıq ölkə ilə əməkdaşlıq edir və onların çoxunda belə qanun tətbiq edilir: "Lakin bəzi tərəfdaşlarımız bağlanmış sazişlərə baxmayaraq, dempinq siyasətini tətbiq edir. Qanun layihəsi Ümumdünya Ticarət Təşkilatının norma və prinsiplərinə, eləcə də Azərbaycan qanunvericiliyinə müvafiqdir".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024