Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 16:08)
Gömrük Komitəsi “Temu” ilə GİZLİ SÖVDƏLƏŞDİ: Özəl karqo şirkətlərini batırma əməliyyatı başlayır

 
Azərbaycanda karqo bazarında yeni proseslər başlayıb.

 Daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsi Çinin məşhur onlayn ticarət platforması olan “Temu” ilə danışıqlar aparıb və xüsusi şərtlər təklif edib. Komitə şirkətə malların özlərinin müəyyən etdiyi marşrut vasitəsilə göndərilməsini tövsiyə edib və qarşılığında daha sürətli çatdırılma vəd edib.

Bildirilir ki, təklifə əsasən, mallar əlavə anbar mərhələsində saxlanılmadan birbaşa ünvana yönləndiriləcək. Hazırda fəaliyyət göstərən özəl karqo şirkətlərində isə bağlamalar müştəriyə çatdırılmamışdan əvvəl bir neçə gün anbarlarda qalır. Yeni mexanizmdə isə bu mərhələnin aradan qaldırılacağı iddia olunur.

Məsələ bununla da bitmir. Dövlətə məxsus “Azərpoçt” MMC bazara “Postkarqo” adlı yeni törəmə şirkətlə daxil olub. Yeni qurumun əsas fəaliyyəti məhz xaricdən onlayn sifarişlərin daşınmasıdır. Şirkətin bazara olduqca aşağı qiymətlərlə daxil olduğu bildirilir.

Bazar iştirakçıları hesab edir ki, “Azərpoçt” dövlət dotasiyası aldığı üçün ilkin mərhələdə mənfəət barədə düşünmür və əsas məqsəd bazarda pay qazanmaqdır. Onların sözlərinə görə, təklif edilən qiymətlər real bazar şərtləri ilə müqayisədə xeyli ucuzdur və bu, özəl karqo şirkətlərini çətin vəziyyətə salır.

Hazırda bir sıra özəl karqo şirkətlərinin maliyyə baxımından ciddi problemlərlə üzləşdiyi deyilir. Sektor nümayəndələri hesab edirlər ki, bu proses davam edərsə, bazarda müflisləşmələr qaçılmaz ola bilər.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb. Lakin görünən odur ki, onlayn ticarətin sürətlə artdığı bir dövrdə karqo bazarında rəqabət daha da sərtləşir və yeni oyun qaydaları formalaşır./yenicag.az


шаблоны для dle 11.2

Xəbər lenti
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026