Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (27-07-2022, 17:07)
Sosial şəbəkələrdə yayılan görüntülər yeni müharibədən xəbər verir?

 Son günlər bir sıra sosial şəbəkələrdə yayılan hərbi texnikalar daşıyan yük maşınlarının görüntüləri geniş müzakirələrə səbəb olub. İstifadəçilər yayılan görüntülərin yeni müharibə ilə əlaqəli ola biləcəyini iddia ediblər.

Mediatv.az xəbər verir ki, mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Yeniavaz.com-a danışıb. O bildirib ki, belə görüntülərin sosial şəbəkələrdə yayılması yanlışdır:

"Nə qədər ki, məsələ tam sona çatmayıb müharibə ehtimalı mövcuddur. Ermənistan tərəfinin son günlər sərhəddə etdiyi təxribatlar bunu göstərir ki, Azərbaycan anti-terror əməliyyatları keçirməlidir. Biz bunu həyata keçirmək üçün kimlərdənsə ehtiyyat edib, ertələməyəcəyik. Bu məsələnin həlli qaçılmazdır. Bu cür təxribatların qarşısını Rusiya sülhməramlıları almalıdır. Ancaq onlar bunu edə bilmirsə, hərbçilərimiz bu tədbirləri lazımınca görməyə hazırdır.

O ki qaldı sosial şəbəkələrdə yayılan videolara və şəkillərə, bu olduqca yanlış və ziyanverici hərəkətdir. Biz dəfələrlə qeyd etmişik ki, bu cür materialların yayımlanması, tirajlanması düşmənin maraqlarına xidmət etməkdir. Mən vətəndaşlara müraciət etmək istəyirəm ki, onlar bu cür materialları sosial şəbəkələrdə paylaşmasınlar. Gərginliyi yaradan Ermənistan tərəfidir, təəssüf ki, Rusiya sülhməramlıları belə təxribatlara göz yumur. Prezidentimizin də dediyi kimi, biz daha 30 il də gözləməyə hazır deyilik. Ermənistan silahlı qüvvələri 2 il öncə hərbi qüvvələrini sülhməramlıların nəzarətində olan ərazilərdən çıxarmalı idi. Əgər lazım gələrsə, biz öz ordumuzun gücünə onları ordan çıxarmağa tam qadirik".
Qeyd edək ki, son günlər Ermənistanla sərhəd bölgələrdə və Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərimizdə ordumuzun mövqelərini dəfələrlə atəşə tutulub. Həmçinin, Prezident İlham Əliyev son çıxışlarında lazım gələcəyi təqdirdə növbəti müharibə və hərbi əməliyyatların baş tutma ehtimalını da istisna etməyib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
8 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024
7 05 2024