Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 16:36)
Milli Kitabxanada Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib-FOTOLAR

 

Mediatv.az xəbər verir ki,Fevral ayının 26-da Milli Kitabxanada Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
İlk olaraq Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq bildirib ki, Xocalı soyqırımı iki yüz ildən çox müddətdə təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi, XX əsrin ən böyük soyqırımıdır.
O, qeyd edib ki, Xocalı faciəsi tarixdə misli-bərabəri olmayan, heç bir ölçüyə sığmayan bir qətliamdır və 34 il ötməsinə baxmayaraq, hər birimiz bu faciənin ağrısını ilk günki kimi yaşayırıq. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə icra olunan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərdən danışan direktor faciənin daha geniş miqyasda tanıdılması, soyqırım aktı kimi qəbul olunması istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb.
Professor bildirib ki, 25 fevral gecəsi Ermənistan silahlı qüvvələrinin, Qarabağdakı erməni silahlı dəstələrinin və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə şəhərə hücum planlaşdırıldı və həyata keçirildi, hücum nəticəsində 613 dinc azərbaycanlı, o cümlədən qadınlar, uşaqlar və qocalar qətlə yetirildi, yüzlərlə insan ağır yaralandı və 1275 nəfər əsir götürüldü.
Prof. Kərim Tahirov Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində Xocalı həqiqətlərinin ilk dəfə beynəlxalq müstəviyə çıxarıldığını, bu faciəyə soyqırımı siyasi-hüquqi qiymətinin verildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə bu gün Azərbaycanın həmin ədalətin bərpası istiqamətində böyük tarixi addımlar ataraq, torpaqlarımızı azad etdiyini, ədaləti bərpa etmiş bir dövlət kimi dünyaya öz haqq səsini çatdırdığını söyləyib.
Tədbirin davamında “Xocalı soyqırımı” adlı Elektron məlumat bazasının (https://anl.az/el/emb/Xocali-soyqirimi/index.html) təqdimatı olub.
Azərbaycan həqiqətlərinin ortaya çıxarılmasında, xalqımıza qarşı törədilən bu ağır cinayət barədə həqiqətlərin bütün dünyaya çatdırılmasında, gələcək nəsillərə ötürülməsində və ictimaiyyət arasında təbliğinin genişləndirilməsində Milli Kitabxananın da təbliğat üsullarından istifadə etdiyini vurğulayıb.
Sonda tədbir iştirakçıları “Xocalı – XX əsrin soyqırımı” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar.
 шаблоны для dle 11.2

Xəbər lenti
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
26 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026
25 02 2026