Region (2-06-2025, 14:20)
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günü keçirilib.

1 iyun 2025-ci il tarixdə Qusar rayonunda Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anatoliy Rafailovun və “Magen David Azərbaycan” İnsan Hüquqları və Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə tədbir təşkil olunmuşdur. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Rayon İcra Hakimiyyətlərinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və onların övladları iştirak etmişdir.
Əvvəlcə müstəqil və müasir Azərbaycan Respublikasının memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalmış bütün Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə çıxış edənlər azyaşlıları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı təbrik edərək onlara uğurlar arzulamış, şəhidlərimizin qəhrəmanlığından ətraflı danışılmış, onların əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd etmişlər.
Tədbir respublikamızın tanınmış ifaçılarının iştirakı ilə konsert proqramı ilə davam etmiş, sonda isə tədbirdə iştirak edən uşaqlara müxtəlif hədiyyələr təqdim edilmişdir.









Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
4 06 2025
3 06 2025
3 06 2025
3 06 2025
3 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025