Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (Bu gün, 08:53)
Prezidentin bu sözləri hər bir vətəndaşa aiddir

 Müstəqillik illərində Azərbaycan dilinin inkişafı, onun statusunun möhkəmlənməsi və düzgün işlənməsi ilə bağlı 20-dən çox rəsmi dövlət sənədi qəbul olunub. O cümlədən, ölkədə “Dövlət dili haqqında” Qanun fəaliyyət göstərir və bu qanun dilin işlənməsi ilə bağlı bir çox məsələləri tənzimləyir. Qloballaşma şəraitində dilin işlənməsi və müasir dövrdə onun inkişaf etdirilməsi ilə bağlı dövlət proqramları mövcuddur.
Bu sözləri Axar.az-a açıqlamasında media eksperti Qulu Məhərrəmli Prezident İlham Əliyevin ana dilimizlə bağlı sözlərini şərh edərkən deyib.

“Prezidentin AMEA-nın 80 illik yubileyindəki çıxışı dilə, onun inkişafına, çağdaş durumunun daha da yaxşılaşdırılmasına yönəlmişdi. Çıxışda dilin inkişafına dair verilən təkliflər, qaldırılan problemlər bu gün üçün olduqca aktualdır və Azərbaycan dilinin inkişafına birbaşa xidmət edir.
Sual oluna bilər ki, bu qədər qayğı və dəstəyə baxmayaraq, ana dili ilə bağlı niyə problemlər qalmaqdadır? Hesab edirəm ki, bu, ilk növbədə vətəndaşların dil biliyi və dilə münasibəti ilə bağlıdır. Azərbaycan dili həyatın, elmin və texnologiyanın müxtəlif sahələrində uğurla tətbiq olunur, bu sahələrdə elmi əsərlər yazılır, kitablar nəşr edilir, portallar və saytlar fəaliyyət göstərir. Bütün bunlar dilin inkişafı üçün ümidverici istiqamətlər yaradır. Lakin bununla yanaşı, dil normalarının pozulması, danışıq səviyyəsində kobudluqların yaranması və dilin statusuna hörmətsizlik kimi hallar da mövcuddur. Prezident çıxışında bu məsələlərə xüsusi diqqət çəkib. Dilin normalarına əməl etmək, onun saflığını qorumaq, alınma sözlərdən yerli-yerində istifadə etmək əsas vəzifələrdəndir. Bunun üçün əlavə qurumlara ehtiyac yoxdur - hər kəs Azərbaycan dilində düzgün danışmalı və yazmalıdır. Dilin saflığı hər bir vətəndaşın məsuliyyəti olmalıdır”, - o qeyd edib.
Ekspertin sözlərinə görə, dilə cərimə və inzibati qaydalardan çox sevgi və şüurlu yanaşma lazımdır:
“Dil millətin ruhunun və varlığının ifadəsidir. Buna görə də biz dil daşıyıcıları onun saflığının və sağlamlığının keşiyində dayanmalıyıq. Ana dilimiz milli kimliyimizin əsas göstəricisidir, ona sevgi və hörmətlə yanaşmaq vacibdir.
İstər televiziya və radio verilişlərində, istər auditoriyalarda, istərsə də sosial şəbəkələrdə dil qaydalarına hörmətlə yanaşmaq lazımdır. Əks halda, dilin etibarı və qaydaları zəifləyir. Kitab və qəzet nəşrləri, saytlar və onlayn media Azərbaycan dilindən məqsədyönlü şəkildə istifadə edir və bu, dilin inkişafına mühüm töhfə verir. Lakin əsas məsələ dilə inzibati deyil, milli və şüurlu yanaşmadır. Cərimələr problemi həll etmir. Əsas məsələ dili öyrənmək, onun tədrisini yaxşılaşdırmaqdır. Bu istiqamətdə orta və ali məktəblərin, həmçinin media qurumlarının üzərinə böyük məsuliyyət düşür”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
7 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025
6 11 2025