Dünya / Karusel (10-03-2014, 19:04)
Sevastopolda rus dili rəsmi dil oldu
Sevastopol şəhərinin şəhər administrasiyası rus dilini rəsmi kargüzarlıq dili elan edib
"Mediatv.az" xarici KİV-ə istinadən xəbər verir ki, qərarı şəhər administrasiyasının başçısı Dmitri Belik təsdiqləyib. Onun sözlərinə görə qərar Ukraynanın “Dövlət dil siyasətinin əsasları” əsasında verilib və martın 12-dən tətbiq olunacaq.
Qeyd edək ki, “Dövlət dil siyasətinin əsasları” haqqında qanun 2012-ci ildə qəbul olunmuşdu. Həmin qanuna əsasən ərazilərdə yaşayan əhalinin ən azı 10%-in doğma dili olan dil ərazidə rəsmi dil kimi qəbul edilə bilər. Ərazidə rəsmi deyəndə, dilin kargüzarlıqda və yerli orqanların danışıqlarında istifadəsi nəzərdə tutulur.
Lakin Ukraynada hakimiyyət dəyişdikdən sonra qanun ləğv olunmuşdu. Buna baxmayaraq Sevastopol keçmiş qanuna əsasən rus dilin rəsmi dil elan edib. Buna səbəb Sevastopol və Krımın yeni hakimiyyəti qanuni qəbul etməməsidir.