Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (Bu gün, 14:34)
Leyla Əliyeva və Arzu Əliyeva Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb-FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Xızı rayonuna səfəri çərçivəsində "Gənc arıçı" layihəsinin iştirakçılarından biri olan, Altıağac qəsəbəsində yaşayan Dadaşovlar ailəsinin qonağı olub.

Mediatv.az xəbər verir ki, görüş zamanı ailə üzvləri ilə səmimi söhbət edilib, onların layihə çərçivəsində qazandıqları təcrübə və gələcək planları ilə yaxından maraqlanılıb.

Ailə üzvləri bu layihənin həyata keçirilməsi təşəbbüsünə, eləcə də Leyla Əliyeva və Arzu Əliyevanın şəxsən ziyarətinə görə səmimi minnətdarlıqlarını bildiriblər.

"Gənc arıçı" layihəsinin əsas məqsədi regionlarda gənc ailələrin arıçılıq sahəsinə marağını artırmaq, onların məşğulluğunu və ekoloji cəhətdən dayanıqlı kiçik ailə bizneslərini dəstəkləməkdir.

Qeyd edək ki, layihə iştirakçısı Sevinc Dadaşovanın atası Adıgözəl Səfərov 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev ilə görüşmüş, onun dəstəyi sayəsində Azərbaycan Fermer Təsərrüfatları İttifaqı tərəfindən ABŞ-nin Ayova ştatına kənd təsərrüfatı və fermerlik sahəsində təcrübə mübadiləsi proqramına göndərilmişdir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
24 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025
23 06 2025