Siyasət / Slayd (Bu gün, 11:20)
Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev bu gün bp şirkətinin baş icraçı direktoru Mürrey Aukinklossu qəbul edib.
Mediatv.az xəbər verir ki, söhbət zamanı uzun illərdir Azərbaycanla bp arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb.
Ölkəmizdə enerji resurslarından əldə olunan gəlirlərin səmərəli şəkildə Azərbaycanın sosial-iqtisadi inkişafına yönləndirildiyi qeyd edilib.
Bir sıra Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın roluna toxunulub, ölkəmizdə karbohidrogen enerji resursları ilə bərabər bərpaolunan enerji mənbələrinin də böyük potensialının olduğu vurğulanıb. Bu xüsusda bp şirkətinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin əhəmiyyəti qeyd olunub.
Görüşdə SOCAR ilə BP arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
19 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025
18 06 2025