Siyasət / Slayd (Dünən, 12:12)
bp-nin Şahdəniz Kompressiya layihəsi hazırlandı
bp Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi elan edir ki, saziş üzrə iş proqramı çərçivəsində Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihəsi podratçı tərəflər adından hazırlanıb və dərc edilib.
Sənəddə layihənin tikintisi, quraşdırılması və istismarı fəaliyyətləri ilə əlaqədar ətraf mühitə və sosial-iqtisadi sahəyə ola bilən potensial təsirlər tədqiq edilir və tövsiyə edilən təsirazaltma tədbirləri təsvir edilir.
ƏMSSTQ prosesi təklif edilmiş işlərin nəticəsində ətraf mühitə və sosial-iqtisadi sahəyə olan hər hansı mənfi təsirlərin müəyyənləşdirilməsini və minimuma endirilməsini və mümkün olan hallarda, aradan qaldırılmasını təmin etmək məqsədi daşıyır.
ŞDK layihəsi Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz Müqavilə Sahəsinin işlənməsinin əvvəlki mərhələlərinin davamıdır. Bu layihə yataqdan aşağı təzyiqli qaz ehtiyatlarının hasil edilməsini və maksimum qazvermə əmsalına nail olunmasını təmin etmək üçün dənizdə kompressor platformasının – ŞDK platformasının və əlaqədar qurğuların – quraşdırılmasından ibarətdir. ŞDK platforması Şahdəniz Bravo (ŞDB) platformasından təxminən 3km və Şahdəniz Alfa (ŞDA) platformasından təxminən 10km məsafədə, suyun dərinliyi təqribən 85m olan sahədə yerləşəcək və ŞDA və ŞDB platformalarında qaz ixrac kompressiyası üçün əsas qurğunun yerləşdiyi obyekt kimi xidmət göstərəcək.
Maraqlı tərəflər ilə məsləhətləşmələrin aparılması ƏMSSTQ prosesinin mühüm komponentidir. Maraqlı tərəflərin dinlənməsi və fikirlərinin sənədləşdirilməsi əsas maraqlı tərəflərin kollektiv fikirlərinin layihə variantında və ƏMSSTQ sənədində əksini tapmasını təmin edir.
ƏMSSTQ sənədinin və Qeyri-Texniki Xülasənin layihə variantları Azərbaycan və ingilis dillərində tam hazırlanıb və aşağıdakı link və ya QR kodu vasitəsilə bp-nin veb-səhifəsindən əldə edilə bilər:
İctimaiyyətin nəzərdən keçirməsi üçün ŞDK üzrə ƏMSSTQ sənədi, həmçinin, Qeyri-Texniki Xülasəsi 27 yanvar 2025-ci il tarixindən aşağıdakı ünvanlarda yerləşdirilib:
bp-nin Xəzər Mərkəzi Ofisini qəbul şöbəsi, Neftçilər prospekti 153
M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası, Xaqani küçəsi 29Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elmi Kitabxanası, Hüseyn Cavid küçəsi 31
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası, Azadlıq prospekti 20
Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bəhram Ağayev küçəsi 100a
Bakı Ali Neft Məktəbinin Kitabxanası, Kampus, yeni Salyan şossesinin 3-cü kilometri.
ƏMSSTQ sənədinin layihə variantı barədə fikir və rəyləriniz bizim üçün əhəmiyyətlidir. Qeydlərinizi və rəylərinizi:
doldurulmuş rəy formaları ilə birlikdə elektron məktub ilə [email protected] ünvanına və ya doldurulmuş rəy formaları ilə birlikdə poçt ilə AZ1010, Neftçilər prospekti 153, Port Baku, bp Xəzər Mərkəzinə göndərə bilərsiniz.
Siz doldurulmuş rəy formalarını yuxarıda qeyd edilən ictimai yerlərdən istənilən birində də təqdim edə bilərsiniz.
ƏMSSTQ-in açıqlanma müddəti 60 gündür. Bu müddət 27 yanvar 2025-ci il tarixində başlayıb və 4 aprel 2025-ci il tarixində başa çatacaq.
ƏMSSTQ sənədinin layihə variantı barədə fikir və rəylərinizi gözləyirik.