Siyasət (22-04-2024, 17:32)
"İlham Əliyevə beynəlxalq aləmdə çox böyük ehtiram və etimad var" - DEPUTAT FİKRİ

“Bu bir həqiqətdir ki, Azərbaycan beynəlxalq münasibətlər sisteminin artıq təkcə subyekti deyil, həm də onun çox mühüm bir aktoruna çevrilmişdir. Beynəlxalq aləmdə sülhün təhlükəsizliyin təminatına, Avropanın enerji təhlükəsizliyinə, beynəlxalq terrorçuluğa qarşı mübarizə prosesinə Azərbaycan çox böyük töhfələr vermiş dövlət imicinə malikdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Təsadüfi deyil ki, hələ 2023-cü il dekabr ayının 7-də Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan baş naziri aparatı arasında heç bir vasitəçi olmadan qəbul edilmiş birgə bəyanat nəticə etibarilə bir sıra həllini gözləyən məsələlərin tənzimlənməsinə dəstək oldu. Bu dəstəyin nəticəsidir ki, COP 29 tədbirinin Azərbaycanda keçirilməsinə Ermənistan etiraz etmədi, öz namizədliyini belə geri götürdü.
Elə bu günlərdə Azərbaycan və Ermənistan yenə də heç bir vasitəçi olmadan ikitərəfli formatdan razılıq əldə etdilər və bu razılaşmaya əsasən Qazax rayonunun 4 kəndinin Azərbaycana bir güllə belə atılmadan qaytarılması təmin edilib. Bakı-İrəvan danışıqları öz müsbət nəticəsini verib.
Eyni zamanda qarşıdan sərhədlərin delimitasiyası və demorkasiyası, iki dövlət arasında kommunikasiyanın bərpası və Zəngəzur dəhlizinin işə salınması kimi mühüm məsələlər dayanır. Nəzərə alsaq ki, məhz vasitəçilərsiz biz problemlərin həllinə nail ola bilirik. Adını çəkdiyim bu məsələlərin də tənzimlənməsində birbaşa Bakı-İrəvan danışıqları çox müsbət nəticələr verə bilər. Biz buna inanırıq və Azərbaycan Prezidenti cənab İlham Əliyevin həm beynəlxalq aləmdəki nüfuzu, hörməti, ona olan etimad və Ermənistan tərəfinin də bu reallıqdan xəbərdar olması, onu qəbul etməsi hesab edirəm ki qarşıda dayanan vəzifələrin icrası üçün olduqca münbit şəraiti təmin etmiş olur”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
25 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025