Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Dünən, 17:33)
“Azərbaycan Avtomobil Evi”ndə qüsurlu “Changan” İDDİASI - "İş məhkəmədədir..."

 
“Azərbaycan Avtomobil Evi”ndən “Changan Asvin” markalı avtomobil alan müştəri peşman olub.
Tribuna.az xəbər verir ki, bu barədə şikayətçi İbrahimov Vüqar Tərlan oğlu Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynova məlumat verib. Şikayətçi qeyd edib ki, aldığı avtomobildə heç bir həftə keçməmiş problemlər meydana çıxıb. O avtomobili dəyişmək və ya qaytarmaq istəsə də “Azərbaycan Avtomobil Evi” ona kömək etməyib:
“2025 ci ilin oktyabr ayında Babək 74 ünvanında yerləşən “Azərbaycan Avtomabil Evi”nə müraciət etdim. Mənə oranın əməkdaşı İlqar bəy dəyəri 25900 AZN olan “Çanqan Asvin” avtomobilini çox təriflədi və almağı məsləhət gördü. Bu avtomabilə görə (1278 AZN) min iki yüz yetmiş səkkiz manat ödədim və aramızda avtomabili almaq üçün müqavilə bağlandı. Ödədiyim pul üçün mənə verilən maliyyə sənədinin sonradan qeri-rəsmi bir sənəd olduğunu öyrəndim.
7 oktyabr 2025-ci ildə avtomabili götürdüm və 7-8 gün ərzində maşında sıra ilə müxtəlif texniki qüsurlar meydana çıxdı. İlqar bəylə əlaqə saxladım, maşında qüsurlar oldugunu bildirdib, tələb etdim ki, ya qüsurlar aradan qaldırılsın, ya da mal geri qaytarılıb, müaviləyə xitam verilsin.
10 noyabr tarixində maşını Əhməd Rəcəbli küçəsində yerləşən Azərbaycan Avtomabil Evi”nin servisinə təhvil verdim. Maşını məndən təhvil götürəndən sonra mənə bildirdilər ki, iki gün ərzində sizə məlumat veriləcək.
Özünü “Çanqan”ın mühasibatlığının əməkdaşı kimi təqdim edən Samir adlı şəxs mənə bildirdi ki, mən onlara ümumilikdə 2633 AZN (iki min altı yüz otuz üç azn) ödəmişəm, indi də onalara 6400 manat borclu qalıram və ödəməliyəm.
Maşını 3800 km sürdüyümə görə, onlar maşını 19500 manata ikinci əl kimi satacaqlar. Ona görə də məndən 6400 manat tələb edirlər.
Bildirirlər ki, ödəməsən səni məhkəməyə verəcəyik”.
Şikayətçi bildirib ki, qüsurlu avtomobil üçün əlavə pul ödəməkdən imtina edib:
“Mənim ödədiyim 2633 manatı sıfırlamağınız bəs deyil, hələ üstəlik 6400 manat da belimə yükləyirsiniz?. Mən sizin qüsurlu maşınınıza 34000 manat ödəməliyəm?
Deyirlər, bizdə belədir, məcbur ödənəlisən.
” Azərbaycan Avtomabil Evi”nin rəhbəri Orxan Bayramov mənə qüsurlu avtomabil sataraq İstehlakçı hüququmu pozur. Onun özüylə də şəxsən görüşdüm. Avtomobilin qüsurlu olduğunu dedim. Yenə də heç bir kömək etmədi mənə”.
Məsələ ilə bağlı Tribuna.az-a danışan Azad İstehlakçılar İB rəhbəri Eyyub Hüseynov bildirib ki, bu fakt, açıq şəkildə istehlakçı hüququnun pozulmasıdır:
“14 gün ərzində mal qaytarıla və dəyişdirilə bilər. Bu istehlakçının hüququdur. 7-8 gün sürülən avtomobildə qüsur aşkarlanıbsa, avtomobili satan şirkət ya maşını dəyişməli, ya qaytarmalıdır. O qüsur sürücünün yox, istehsalçı və satıcı şirkətə məxsusdur. Məsuliyyətini də onlar daşıyır”.
Məsələ ilə bağlı “Azərbaycan Avtomobil Evi”dən isə Tribuna.az-a bildirildi ki, şikayətçinin iddialarının heç bir hüquqi əsası yoxdur”:
“İş məhkəmədədir. Məsələyə hüquqi qiymət veriləcək.
Maşın 7-8 gün deyil, ay yarım sürülüb. Şikayətçi yalan məlumat yayır. Adam ilkin ödənişsiz nəqliyyat vasitəsi əldə edib və bir ay maşını idarə etdikdən sonra həmin ay üzrə lizing ödənişini həyata keçirib. Daha sonra da taksi fəaliyyəti üçün icazə ala bilmədiyinə görə nəqliyyat vasitəsini qaytararaq iddia edir ki, avtomobildə qüsurlar var. Avtomobildə heç bir texniki qüsur yoxdur”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
23 02 2026
22 02 2026
22 02 2026