Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (5-04-2024, 14:40)
Deputatlardan Brüssel görüşü ilə bağlı etiraz

 Milli Məclisin növbəti iclası keçirilir.

Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda deputatlar Brüsseldə bu gün keçiriləcək üçtərəfli görüşdən bəhs etdilər.
Cari məsələlər zamanı çıxış edən deputat Elman Nəsirov bildirdi ki, ABŞ, Avropa İttifaqı və Ermənistan rəhbərliyi arasında keçiriləcək görüşün regionumuzdakı proseslərə çox ciddi təsir göstərəcəyini indidən görmək mümkündür. ABŞ və Aİ rəhbərliyinin görüş öncəsi Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsinə diqqət çəkərək qeyd etdi ki, bu faktlar ABŞ, Aİ rəhbərliyi səviyyəsində cənab İlham Əliyevə çox böyük hörmətin olduğunu, onun nüfuzuna çox böyük diqqətlə yanaşıldığını göstərir.

Deputat Azərbaycan Prezidentinin prinsipiallıqla bizi narahat edən məsələlərin olduğu barədə mövqeyini xatırlatdı. Bildirdi ki, Ermənistana hərbi dəstək, Ermənistanla birgə hərbi təlimlərin keçirilməsi, şərti sərhədlərə hərbi qüvvələrin yerləşdirilməsi çox ciddi təhlükəsizlik problemlərinin ortaya gəlməsinə şərait yaradır. Deputat ümid etdiyini bildirdi ki, ABŞ və Aİ rəhbərliyi Azərbaycan Prezidentinin mövqeyini nəzərə alacaq. Əlavə etdi ki, əgər əksi baş versə, baş verənlərə görə bütün məsuliyyət Ermənistanın və ona havadarlıq edənlərin üzərində qalacaq.
Deputat Kamal Cəfərov söylədi ki, erməni xalqı Qərbin Ukraynaya göstərdiyi “dəstək”dən dərs çıxartmalıdır.шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024