Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-07-2019, 10:33)
"Azərbaycan sabitlik, təhlükəsizlik adasıdır"

"Azərbaycan paytaxtı Bakı şəhəri növbəti dəfə NATO və Rusiyanın Ali hərbi rəhbərliyinin görüşünə ev sahibliyi edəcək. Nəzərə alsaq ki, Rusiya-ABŞ münasibətləri, Rusiya-NATO münasibətləri bəlkə də soyuq müharibə dövründən sonra ən qədim və ən mürəkkəb bir münasibətlər kimi xarakterizə olunur". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Deputatın sözlərinə görə, bu reallıq fonunda həm NATO ilə Rusiya arasındakı ziddiyyətlərin müzakirəsi və çıxış yolları tapılması, eyni zamanda bu gün beynəlxalq aləmdə çox mürəkkəb problemlərin həlli yollarının tapılması mövqeyindən bu görüşün çox böyük əhəmiyyəti var: "Amma bizim üçün əhəmiyyətli olan digər məsələ odur ki, yenə də Vyana, Stokholm, London, Paris deyil, məhz Azərbaycan paytaxtı Bakı üzərində dayanılıb. Məhz Azərbaycan paytaxtında belə mühüm bir görüş keçiriləcək. Hesab edirəm ki, bunun bir neçə ciddi səbəbi var. Ən birinci səbəb onunla bağlıdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev müstəqil xarici siyasət kursu həyata keçirir, müxtəlif güc mərkəzləri ilə bərabər məsafədə dayana bilir. Məhz dövlətimizin başçısının siyasəti yalnız və yalnız regionda, beynəlxalq aləmdə sülhə, əminamanlığa töhfə verilməsinə xidmət göstərir. Əgər Azərbaycan Rusiya ilə əməkdaşlığı, tərəfdaşlığı inkişaf etdirirsə ABŞ-da çox gözəl bilirlər ki, bu Vaşinqton əleyhinə deyil. Azərbaycan ABŞ-la münasibətləri inkişaf etdirirsə Moskvada çox gözəl bilirlər ki, bu Rusiya əleyhinə deyil.
Hesab edirəm ki, bu reallıqlar həmin görüşün Bakıda keçirilməsini şərtləndirən əsas səbəblərdən biridir. Eyni zamanda Azərbaycan dövləti nə NATO-nun üzvüdür, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür. Təbii ki, bu reallıq da Bakı şəhərinin seçilməsini şərtləndirən mühüm amillər sırasındadır. Həm NATO-nun, həm də Rusiyanın Ali hərbi rəhbərliyi çox gözəl dərk edir ki, Azərbaycan sabitlik, təhlükəsizlik adasıdır. Məhz sabitlik və təhlükəsizlik adasından dünya üçün sülh ismarıclarının göndərilməsi, bu gərginliklərdən çıxış yollarının tapılması özü münbit şərait deməkdir. Bu baxımdan Bakı şəhərinin seçilməsi təsadüf sayılmamalıdır. Bu gün Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biri kimi qəbul olunur. Belə gözəl, sakit bir şəhərdə vacib və mühüm bir görüşün keçirilməsi təbii ki, önəmli məsələdir. Hesab edirəm ki, bu da həmin görüşün keçirilməsi üçün mühüm amildir. Bütövlükdə isə bu hadisə artıq bir neçə dəfə baş verib. Bir neçə dəfə ABŞ-ın, Rusiyanın və NATO-nun Ali hərbi rəhbərliyi Bakıda şəhərində görüş keçirib. Yəni artıq bir ənənə formalaşıb.
шаблоны для dle 11.2

Xəbər lenti
20 05 2025
20 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025