Siyasət (17-05-2023, 18:45)
"Prezident Qarabağı cənnət diyarına çevirməyi strateji vəzifə kimi müəyyən edib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ


Bu səbəbdən də ölkə başçısı intensiv şəkildə Qarabağ və Şərqi Zəngəzura səfərlər edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, xüsusilə də, ölkə başçısının may ayının 2-10 tarixlərində olan səfərinin çox böyük mənası və əhəmiyyəti var: "Bu, ən uzunmüddətli səfərlərdən biridir. Səfər çərçivəsində çoxsaylı infrastruktur layihələrinin gerçəkləşdirilməsi istiqamətində addımlar atıldı, artıq işğaldan azad olunmuş ərazilərimizin iki kəndinə tarixi qayıdış baş verməkdədir, daha 10 kəndin əsası qoyuldu, körpülər tikilir, yollar çəkilir, xəstəxana və məktəblər qurulur. Həmçinin artıq iki hava limanı istifadəyə verilib və tunellər çəkilir. Bir sözlə, erməni vəhşiliyinin törətdiyi ağır cinayətlərin bütün nəticələri aradan qaldırılır və cənab Prezident Qarabağı cənnət diyarına çevirməyi strateji vəzifə kimi müəyyən edib".
Elman Nəsirov sözlərinə belə davam edib: "Qarabağ və Şərqi Zəngəzurda bərpa olunan enerji imkanlarından istifadə edilməsi əsas hədəflərdən biridir. Bu baxımdan, ərazinin Yaşıl zona elan edilməsi təsadüfi sayılmamalıdır. Yəni, bütün dünyanın gözü qarşısında bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Bunun başqa bir imkanı ondan ibarətdir ki, Qarabağda yaşamaq istəyən ermənilərə özləri üçün seçim etmək imkanı asanlaşır. Onlar gələcəklərini ya yenə də Ermənistanla bağlayıb həm özlərinin, həm də övladlarının gələcəyinə problemlər yaradacaqlar, ya da Azərbaycan vətəndaşlığını qəbul edərək inkişaf edən ölkəmizin bütün imkanlarından bəhrələnmək imkanı qazanacaqlar. Seçim çoxdur".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
6 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
Lisenziyasız işləyən Xəyalə İsmayılova rüşvət hesabına məsuliyyətdən yayındığını etiraf etdi - VİDEO
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025
5 05 2025