Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (17-01-2023, 19:37)
“Azərbaycanın enerji istehsalı və ixracı sahəsində yeni yanaşmaları var” Elman Nəsirli – Özəl

 Prezident İlham Əliyev 15-16 yanvar tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfər etdi. Bu səfər çərçivəsində artıq kifayət qədər populyarlıq qazanmış Əbu-Dabi dayanıqlılıq həftəsinin rəsmi açıliş mərasiminə qatıldı.
News365.az-a açıqlama verən millət vəkili Elman Nəsirli bildirir ki, Əbu-Dabi dayanıqlılıq həftəsi dünyada artıq böyük nüfuza malikdir. Mühüm beynəlxalq platforma kimi tanınır.
Bu dəfəki tədbirə dünyanın 150 ölkəsindən 30 minə qədər iştirakçı qatılıb. Azərbaycan prezidenti İlham Əliyevin bu mühüm tədbirə dəvət alması ölkəmizin iqdisadi uğurları, enerji təhlükəsizliyinə verdiyi tövhələrlə bağlıdır. Xüsusilə də yaşıl enerji istehsalında qazandığımız uğurlarla da birbaşa əlaqəlidir.
Prezident İlham Əliyev öz çıxışı çərçivəsində qeyd etdi ki, Azərbaycan bu gün dünyada çox mühüm, etibarlı tərəfdaş kimi qəbul edilir. Xüsusilə də biz Avropanın enerji təhlükəsizliyində çox mühüm bir amilə çevrilmişik. Yeganə alternativ enerji mənbəyi kimi qəbul edilirik. Artıq Avropa ittifaqı ilə Azərbaycan arasında enerji dialoqunun əsası qoyulub. Azərbaycan Avropanın enerji tələbatının ödənilməsində çox böyük tövhələr vermək niyyətindədir.
Hər kəsə bəllidir ki, 2027-ci ilə qədər Azərbaycan Avropaya qaz ixracını 20 milyard kub metrə çatdırmağı planlaşdırır.
Bu o demək deyil ki, bizim bu sahəyə çox böyük ehtiyyacımız var. Yox, Azərbaycan özünün enerji təhlükəsizliyini artıq iki il bundan əvvəl ödəyib. Ancaq bizim yaşıl enerjinin istehsalına önəm verməyimiz onunla bağlıdır ki, biz enerji ixracatını da şaxələndirmək istəyirik.
Bu baxımdan Azərbaycanın böyük potensialı var.
Xüsusilə mühüm hadisə onunla bağlıdır ki, 15 yanvarda BƏƏ-nin şirkəti ilə Azərbaycan şirkəti arasında külək və günəş enerjisi stansiyalarının istifadəsinə dair razılaşma əldə edilib.
Bu qısamüddətli bir layihədir. Amma ortamüddətli layihələr çərçivəsində güclərin 10-a qədər artırılması planlaşdırılır.
Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycanın enerji istehsalı və ixracı sahəsində yeni yanaşmaları var.
Bu gün Azərbaycan təkcə neft və neft məhsulları, qaz deyil, eyni zamanda bəpa olunan enerjini, neft-kimya məhsullarını dünya bazarına ixrac edir. Bu da Azərbaycanın artan iqdisadi gücünü biləvasitə təsdiq edir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024