Siyasət (21-08-2023, 16:25)
"Hər iki dövlət bir-birini beynəlxalq təşkilatlar çərçivəsində müdafiə edir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Onun sözlərinə görə, səfər çərçivəsində xüsusilə vurğulandı ki, cari ilin yanvar ayının 30-da cənab İlham Əliyevin Macarıstana səfəri və bu səfər çərçivəsində aparılmış geniş müzakirələr, əldə edilmiş razılaşmaların icra prosesi uğurla həyata keçirilməkdədir: "Eyni zamanda vurğulandı ki, iki dövlətin münasibəti strateji xarakter kəsb edir və fundamental məsələlərdə ortaq mövqedən çıxış edilir. Xüsusilə də Macarıstan Vətən müharibəsində Azərbaycanın haqq işini müdafiə etdi. İndi də Qarabağın bərpası və yenidənqurması işlərində Macarıstan şirkətlərinin iştirakı çox müsbət bir hadisədir. Bu münasibətlərin yüksək səviyyəsinin ifadəsidir.
Eyni zamanda qeyd olundu ki, bu gün iki dövlətin münasibətində enerji sahəsi xüsusi önəm kəsb edir. Xüsusilə də neft-qaz sahəsində əlaqələrimizin dinamik inkişaf tempi var. Həm də sevindirici haldır ki, təkcə neft-qaz sahəsində deyil, eyni zamanda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya dövlətləri Yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair saziş imzalayıblar. Bu saziş çərçivəsində həm də Yaşıl enerji sahəsində Azərbaycanın Macarıstanla əlaqələri sürətlə inkişaf etməyə başlayıb. Bunun çox böyük perspektivləri var. Eyni zamanda, Qara Dənizin dibi ilə elektrik enerjisi xətlərinin Macarıstana çəkilməsi də münasibətlərimizin inkişaf etməkdə olan ən yeni sahələrindən biridir ki, bu da olduqca sevindirici haldır.
Macarıstan şirkətləri Azərbaycanda qida sənayesinə çox böyük maraq göstərir və investisiya qoyur. Əczaçılıq sahəsində əməkdaşlığımızın geniş perspektivləri var. Eyni zamanda, təhsil sahəsində də ikitərəfli münasibətlər sürətlə inkişaf edir. Macarıstan dövlətinin Azərbaycan tələbələrinin Budapeştə təhsil üçün təqaüd proqramları ayırması bir daha göstərir ki, Rəsmi Bakı-Budapeşt münasibətləri dinamik inkişaf tempinə malikdir və maraqlarımız bu sahədə də tamamilə üst-üstə düşür.
Həmçinin, hər iki dövlət bir-birini beynəlxalq təşkilatlar çərçivəsində müdafiə edir. Bu da strateji tərəfdaşlıq münasibətlərinin mahiyyətindən irəli gələn bir məsələdir. Təkcə ikitərəfli formatda deyil, eyni zamanda, Türk Dövlətləri Təşkilatları çərçivəsində də Azərbaycan-Macarıstan münasibətləri sürətlə inkişaf edir. Bu da regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən bir hadisədir. Həm də türk dünyasının inteqrasiyası və türk dünyasında əməkdaşlıq mühitinin daha da genişlənməsi üçün münbit şərait yaradan amillərdən biridir.
Onu da qeyd edim ki, Prezident cənab İlham Əliyev Macarıstan Respublikasının baş naziri Viktor Orbanı ölkəmizə səfərə dəvət edib. Bu səfər böyük məmnuniyyət hissi ilə qəbul edilib. Bu gün Azərbaycan-Macarıstan münasibətləri bütün sferalarda inkişaf etməkdədir. Bu inkişaf təkcə ikitərəfli deyil, həm də çoxtərəfli münasibətlər formatında da regionumuza və regionun hüdudlarından kənarlara sülh, əmin-amanlıq və rifah gətirir".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 05 2025
4 05 2025
4 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
3 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025
2 05 2025