Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (6-04-2024, 19:02)
Millət vəkili: "Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində deyil"

Millət vəkili: "Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində deyil"

"Bu günləri Ermənistan dövlətinin ali siyasi, hərbi rəhbərliyinin atdığı addımlar göstərir ki, Ermənistan heç bir halda Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində deyil".

Bu sözləri "Operativ Media"ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Deputat Elman Nəsirov da təhdid olunub- İLGİNC AÇIQLAMA

"Məşhur bir deyim var: sabah baş verə biləcək hadisədə bu gün onun mütləq əlamətləri olur, amma kimlərsə o əlamətləri görür, kimlərsə görmür. Ermənistanın siyasi rəhbəri hətta işğal altındakı 8 kəndimizi geri qaytaracağı ilə bağlı fikirlər səsləndirsə də, onlar heç bir halda həyatda öz təsdiqini tapmır. Bu günə qədər biz torpaqlarımızı yalnız və yalnız hərbi yolla, müharibə yolu ilə döyüşlərdə geri ala bilmişik. Ermənistan heç bir halda torpağı beynəlxalq hüquqa söykənərək Azərbaycana qaytarmayıb, beynəlxalq hüququn tələblərindən çıxış edərək bu addımı atmayıb və indi də atmır. Paşinyan bir yandan sülhdən danışır, bir yandan da həm Qazax istiqamətində, həm Naxçıvan istiqamətində hərbi texnika və canlı qüvvə toplayır, artilleriya qurğuları gətirir. Bütün bu proseslər isə aprel ayının 5-də Brüsseldə Ermənistanın siyasi lideri ilə Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ-nin Dövlət katibi A. Blinken arasında keçirilən qapalı görüşlər fonunda baş verir. Bu görüşlərdə Ermənistana iqtisadi yardım vədləri verilsə də, müvafiq razılaşmalar əldə edilsə də, ancaq kim təminat verir ki, bu danışıqlarda Ermənistana ABŞ və Avropa İttifaqı təhlükəsizlik təminatı verilməyib? Kim təminat verir ki, bu danışıqlarda Üçtərəfli Hərbi Paktın imzalanması ilə bağlı ilkin razılaşma əldə edilməyib? Yəqin ki, bu danışıqlar konfidensial xarakter daşıdığından onun detalları açıqlanmır. Amma o detallar açıqlanır ki, onlar, əslində, məxfi deyil, iqtisadi, siyasi məsələlərlə bağlıdır".

Millət vəkilinin sözlərinə görə, Ermənistanın qoşunlarını Azərbaycanla sərhəd boyunca toplanması lokal xarakterli hərbi insidenti labüd edir:

"Yəqin ki, ABŞ və Avropa İttifaqı Paşinyanın qulağına pıçıldayıb deyib ki, qorxma, yanındayıq və sənə hər cür dəstək verəcəyik. Əks təqdirdə Paşinyan bu qədər ürəklənməzdi. Azərbaycan sərhədi boyunda qoşun və hərbi texnika toplamaqla Paşinyan çalışır ki, bir hərbi eskalasiya vəziyyəti yaransın və nəticədə Avropa İttifaqı və ABŞ-nin Ermənistana hərbi dəstək verməsi məsələləri aktuallaşsın. Bunun ardınca isə beynəlxalq sülhməramlı qüvvələrin regiona gətirilməsi baş tutsun və onun tərkibi də əsasən Birləşmiş Ştatlar və Fransa qüvvələrindən ibarət olsun. Belə planlar var və Rusiya sülhməramlılarını çıxarıb onun yerinə Ermənistan özünə sərf edən dövlətlərin sülhməramlı adı altında hərbi qüvvələrini gətirmək niyyətindədir deyə törədilən hərbi insident cəhdləri də bundan qaynaqlanır. Azərbaycanın isə prinsip mövqeyini ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib. Eyni zamanda, ABŞ-nin dövlət katibi və Avropa Komissiyasının sədri Ursula Fon der Leyen ilə telefon danışığında bir daha mövqe ifadə edildi. Biz sülh istəyirik, ancaq eyni zamanda regionda baş verən qorxulu proseslərdən biz narahatıq. Çünki bu proseslər Cənubi Qafqaz regionunu təhlükə zonasına çevrilir və Ermənistanın atdığı bu addımlar nəticə etibarilə regionu faciəyə sürükləyə bilər".

шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024