Siyasət (13-02-2024, 11:18)
Ermənistan qeyri-dəqiq xəritələrlə vaxtı uzatmamalıdır

Çünki onlar sülhdən, birgə yaşayışdan, regionda uzunmüddətli və dayanıqlı sülhün təmin edilməsində maraqlı olduqlarından, bu sahədə siyasi iradənin olduğundan bəhs edirlər. Lakin bütün bunların olması üçün bir addım da atmırlar. Yəni Azərbaycana minaladıqları ərazilərin xəritələrini təqdim etmədikcə heç bir etimad mühitindən söhbət gedə bilməz. Azərbaycanın bu məsələlərlə bağlı konkret, qətiyyətli mövqeyi var: Ermənistan xəritələri verməlidir. Əks-halda heç bir sülhdən söhbət gedə bilməz.
Qeyd edək ki, ötən gün Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində mövcud olan mina sahələrinə dair 8 ədəd formulyarı Azərbaycan tərəfinə təqdim edib. Lakin əvvəl olduğu kimi, son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Ermənistan bununla sanki bir fon yaratmaq istəyir. Əvvəl təqdim olunan xəritələrin də cəmi 25 faizi həqiqəti əks etdirirdi, 75 faizi isə yalan idi. Bu isə daha da təhlükəlidir. Çünki xəritəyə güvəndikdə daha çox itkiyə məruz qala bilərik.
İndi isə növbəti addım atılıb. Lakin ilkin nəticələrə görə onların dəqiqliyi də şübhə altındadır. Ona görə də əgər Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyəti yoxdursa, bu cür əsassız xəritələrlə vaxtı uzatmasın.
Ermənistan sülh düşünmürsə, davamlı şəkildə də blokada vəziyyətində qalacaq. Belə olan təqdirdə getdikcə iqtisadiyyatı zəifləyəcək və bir sözlə, özü-özünü təcrid vəziyyətində saxlayacaq. Və bunun hansı fəlakətlərə səbəb olacağını bilmək heç də çətin deyil. Ona görə də hesab edirəm ki, Ermənistanın bu addımı regionda sülhə və əmin-amanlığa xidmət etmir. Bu məsələlərdə Ermənistan dövləti son dərəcə məsuliyyətli davranış ortaya qoymalıdır.
Elman NƏSİROV,
Milli Məclisin deputatı.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
Xırdalandan növbəti şikayət- "Viləşçay-İnşaat" MTK-nın rəhbəri özü üçün qanunlar tətbiq edib? -VİDEO
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025