Siyasət (15-02-2024, 15:55)
“Azərbaycana qarşı hərbi təxribata hazırlaşan Ermənistan Baş nazirindən təbrik gözləməyin mənası yoxdur” – Elman Nəsirov

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Beynəlxlaq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.
Deputat bildirib ki, xüsusilə, Paşinyanın əmri olmadan Ermənistan-Azərbaycan şərti sərhədində, Zəngilan istiqamətində heç bir halda erməni snayper Azərbaycana münasibətdə hərbi təxribata əl ata bilməzdi: “Deməli, məqsədyönlü, planlı şəkildə edilib. Bu, sülh prosesinə zərbədir. Sülh istəyən dövlət belə addımlar atmır, təxribatlara getmir. Artıq bizim üçün bəllidir ki, bu təxribatı Ermənistanın hərbi-siyasi hakimiyyəti edib. Qulağına pıçıldayanlar isə Yeliseydə, ABŞ Konqresində, Dövlət Departamentində əyləşir. Nəticə isə göz qabağındadır. Yəni Azərbaycana qarşı hərbi təxribata hazırlaşan Ermənistan Baş nazirindən təbrik gözləməyin mənası yox idi. İndi sular durulur və hər şey üzə çıxır. Azərbaycan Silahlı Qüvvələri, Sərhəd Qoşunlarımız erməni təxribatçılarını yerlərinə oturtdu. Onlara qarşı "Qisas əməliyyatı" həyata keçirdi, erməni hərbi postu tamamilə darmadağın edildi. Ermənilərin çoxsaylı itkiləri var. Düzdür, Ermənistan müdafiə naziri 4 nəfər itkidən bəhs edir, amma bu say arta da bilər. Bu həm də Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə dərs oldu ki, belə təxribatlarına son qoysun. Bu cür təxribatlar bir dəfə 2020-ci ildə Ermənistanı diz çökdürməyə vadar etdi. Azərbaycana qarşı belə silsilə hərbi təxribatlardan biri keçən ilin 19-20 sentyabr tarixində oldu, o zaman da Azərbaycan Ermənistan Silahlı Qüvvələrini ağ bayraq qaldırmağa məcbur etdi, onların yarısı tərki-silah oldu, yarısı cəhənnəmə vasil oldu. Və Azərbaycan ərazi bütövlüyünü, suverenliyini tam şəkildə təmin etdi. İndi yenə onların hərbi təxribat törətmələri artıq siyasi dəlilikdir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin ağlı varsa, papağını qarşısına qoyub düşünsün. Əgər papağı varsa... Düşünsünlər ki, belə təxribatların hansı daha dəhşətli fəsadları ola bilər”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
Xırdalandan növbəti şikayət- "Viləşçay-İnşaat" MTK-nın rəhbəri özü üçün qanunlar tətbiq edib? -VİDEO
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025
26 04 2025