Dünya (29-05-2023, 17:13)
Ərdoğanın qələbəsinin Azərbaycan üçün SİYASİ ÖNƏMİ – “Bizə uzanan əl Türkiyə üçün qırmızı xəttdir”
Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində Rəcəb Tayyib Ərdoğan 52,14 faiz səslə qalib gələrək yenidən Türkiyə Prezidenti seçildi.
Prezident seçilmiş Recep Tayyip Erdoğan and içdikdən sonra yeni komandasını müəyyənləşdirəcək və növbəti 5 il qardaş ölkəyə yenidən liderlik edəcək.
Türkiyə-Azərbaycan münasibətlərinin pozitiv mərhələdə olduğu bir dövrdə Ərdoğanın növbəti dəfə prezident seçilməsi hər iki ölkənin gələcək həyatında müsbət gözləntilərdən xəbər verir. Məhz buna görə də Azərbaycan dövləti bu seçkiyə xüsusi həssaslıq nümayiş etdirirdi.
Siyasi şərhçilərin fikrincə, Ərdoğanın yenidən Türkiyə lideri seçilməsi Azərbaycanın gələcək taleyinə müsbət mənada çox ciddi təsir edəcək. Bu qalibiyyət təkcə Qarabağ deyil, həm də Zəngəzur və Ermənistan kontekstindən əhəmiyyətlidir.
Bizim.Media-ya bu barədə danışan Milli Məclisin üzvü, siyasi şərhçi Elman Nəsirov da hesab edir ki, Ərdoğaının zəfəri növbəti 5 ildə Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatmağına münbit şərait yaradır:
“Türkiyədə keçirilən həm parlament, həm də prezident seçkiləri öz mahiyyəti və əhəmiyyəti baxımından tarixi bir hadisə idi. Qardaş ölkə bir daha bütün dünyaya nümayiş etdirdi ki, Türkiyə demokratiya nümunəsidir. Türkiyəni bu ölkədə demokratiyanın olmamasında, insan haqlarının pozulmasında ittiham edənlər güzgüdə özlərinə baxsınlar. Görsünlər ki, əhalinin 90 faizi seçkilərə qatılıb.
Birinci turda prezident öz rəqibini 0,5 faiz üstələyəcəyi təqdirdə seçiləcəkdisə və bu baş vermədisə, görün nə qədər demokratik seçkilər keçirilib.
Türkiyə demokratiya dərsini bütün dünyaya keçmiş oldu. May ayının 28-də cənab Ərdoğanın qalib gələcəyinə hamımız inanırdıq. Hətta Yeni Azərbaycan Partiyası nümayəndə heytinin tərkibində mən zəlzələdə böyük itki verən Kahramanmaraş və müxalifətin əsas məntəqələrindən biri olan İzmirdə oldum.
İnsanlarla söhbət zamanı da qənaətimiz bu olmuşdu ki, qalib cənab Ərdoğandır. Hətta onu qəbul etməyənlər və əleyhinə olanlar da etiraf edirdilər ki, Ərdoğan çox güclü liderdir. Gözləntilər özünü doğrultdu. Ərdoğanın yenidən prezident seçilməsi tarixi hadisə və türk xalqı üçün zəfərdir”.
Elman Nəsirov qeyd edib ki, Türkiyənin qarşısında yeni hədəflər var:
“İlk növbədə dəhşətli zəlzələnin nəticələrini aradan götürmək, regionda və regiondan kənarda təhlükəsizlik mühitinin formalaşmasına dəstək vermək, Türkiyənin daxili və inflyasiya problemlərinin həlli istiqamətində mühüm addımlar atmaqdır. Onu da deyim ki, Türkiyə prezidentini təbrik edən ilk dövlət başçımız oldu. O, qeyd etdi ki, bu qələbə Türkiyə xalqının cənab Ərdoğanın misilsiz xidmətinə verdiyi qiymət və etimaddır. Eyni zamanda Prezident Ərdoğanı Bakıya rəsmi səfərə dəvət etdi. Artıq ənənənəyə çevrilib ki, cənab Ərdoğan prezident seçkilərində qalib gəldikdən sonra Azərbaycana və Şimali Kipr respublikasına səfərlər edir”.
Ərdoğanın yenidən Türkiyə lideri seçilməsinin Azərbaycan üçün əhəmiyyətinə gəlincə, Elman Nəsirov məsələni belə şərh edib:
“İkinci Qarabağ savaşında gördük ki, bizə Türkiyə xalqı və Ərdoğan qədər yaxın olan ikinci dövlət yoxdur. Azərbaycanın da bu gün həllini gözləyən növbəti strateji məsələləri var. İstəyirik ki, Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyən edilsin, kommunikasiyalar bərpa edilsin. Nəhayət sülh müqaviləsi imzalansın.
Amma yenə də Ermənistan revanşizm və hərbi təxribatlar həyata keçirir. Baxmayaraq ki, Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Hesab edirəm ki, cənab Ərdoğanın yenidən prezident seçilməsi anti-Azərbaycan dairələri, o cümlədən Ermənistanın həm müxalifəti, həm də iqtidarı üçün dərs olmalıdır. Bilməlidirlər ki, Azərbaycana qarşı hər hansı xain əl uzadılması Türkiyə üçün qırmızı xəttdir.
Bunu bilməli və əməl etməlidirlər. Əks halda onları növbəti böyük və daha dəhşətli bir fəlakət gözləyir.
Bu bir söz deyil, həqiqətdir və bunu ikinci Qarabağ müharibəsi də təsdiqlədi. Bu gün Şuşa bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə münasibətləri faktiki, eləcə də hüquqi baxımdan müttəfiqlik və hərbi müttəfiqlik səviyyəsinə qalxıb. Bütün bu reallıqlar hesab edirəm ki, növbəti 5 ildə də Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatmağa münbit şərait yaradacaq”.

MÖVZU İLƏ BAĞLI:
“Ərdoğan qalib gəldi, söz verdiyim kimi Cəlilabadda qurbanlarımı kəsəcəyəm” – Elman Nəsirov

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024