Siyasət / Slayd (4-09-2023, 17:09)
Vəzifədə 10 ildən çox qalan məmurlar - SİYAHI
Sentyabrın 1-də AZAL-ın prezidenti vəzifəsindən çıxarılan Cahangir Əsgərov 27 il AZAL-a rəhbərlik edib. Belə ki, o, 1996-cı ildən AZAL-ın direktoru, 2008-ci ildən isə QSC-nin prezidenti vəzifəsini tutub. Beləliklə, Cahangir Əsgərov 12 il direktor, 15 il də prezident vəzifəsini tutub.
Ümumiyyətlə Azərbaycanda vəzifəyə gətirilən məmurların fəaliyyəti əsasən uzun ömürlü olur. Onlardan bəziləri daha sonra müxtəlif vəzifələrə təyin olunsalar da, bu təyinatları qısa müddətli oldu. Lakin aralarında hələ də təyin olunduqları vəzifələrdə çalışanlar da var.
Mediatv.az Valyuta.az-a istinadla həmin məmurlardan bir neçəsinin siyahısını təqdim edir:
Ramiz Mehdiyev - 24 il Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri işləmiş Ramiz Mehdiyev bu vəzifəyə 23 oktyabr 2019-cu ildə gətirilib, 14 fevral 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı azad edilib. Həmin vəzifə 2009-cu ildə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş dəyişikliklərlə əlaqədar qəbul edilmiş Referendum Aktına qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri adlanırdı. Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri vəzifəsindən sonra Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü təyin edilib. Ramiz Mehdiyev 23 oktyabr 2019 - 14 fevral 2022-ci ilə qədər isə Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olub.
Vasif Talıbov - Bir zamanlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Vasif Talıbov bu vəzifəyə 16 dekabr 1995-ci ildə təyin olunub. Naxçıvan Muxtar Respublikasına 27 il rəhbərlik edən Vasif Talıbov 21 dekabr 2022-ci ildə vəzifəsindən çıxarılıb.
Elman Rüstəmov - Ölkənin baş bankiri olan Elman Rüstəmov 13 yanvar 1995-ci ildə Mərkəzi Bankın rəhbəri təyin olunub. O, da Vaisf Talıbov kimi 27 il vəzifədə qalıb və müddətdə ölkənin əsas bankına rəhbərlik edib. 12 aprel 2022-ci ildə bu vəzifədən azad edilib. Daha sonra baş nazirin müşaviri təyin olunub.
Hacıbala Abutalıbov - Hər zaman insanların yaddaşında maraqlı çıxışları ilə qalan Hacıbala Abutalıbov 17 il bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik edib. Keçmiş Bakı meri 30 yanvar 2001-ci ildən 21 aprel 2018-ci ilə qədər bu postda əyləşib. 1995-2000-ci illərdə Suraxanı rayonuna rəhbərlik edən Hacıbala Abutalıbov Bakı meri vəzifəsindən azad olunduqdan sonra - 21 aprel 2018-ci ildə Baş nazirin müavini təyin edilib və 21 okryabr 2019-cu ilə qədər bu vəzifəni tutub.
Artur Rasizadə - Azərbaycan Respublikasının 6-cı baş naziri Artur Rasizadə 15 il Nazirlər Kabinetinə 22 il rəhbərlik edib. O, ilk dəfə 26 noyabr 1996-cı ildə bu vəzifəyə təyin edilib və 4 avqust 2003-cü ildə postundan ayrılıb. Həmin ilin 31 oktyabrında yenidən baş nazir təyin olunub və fəaliyyətinə 21 aprel 2018-ci ilə qədər davam edib.
Tağı Əhmədov - Vəzifədə işlədiyi dövrdə ölkənin ən qalmaqallı məmurlarından biri kimi adı hallanan Tağı Əhmədov düz 16 il - 1998-2014-cü illər ərzində Bakı Metropoliteninə rəhbərlik edib.
Misir Mərdanov - 15 il təhsil naziri olan Misir Mərdanov bu vəzifəyə 25 mart 1998-ci ildə təyin edilib. Misir Mərdanov nazir postunda 19 aprel 2013-cü ilə qədər işləyib. 19 aprel 2013-cü ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru təyin olunub. Hələ də vəzifədədir.
Əbülfəz Qarayev - İki nazirlikdə 26 il vəzifədə olan Əbülfəz Qarayev ilk dəfə 26 iyul 1994-cü ildə nazir postuna gətirilib. 18 aprel 2001-ci ilə qədər gənclər və i̇dman naziri, 18 aprel 2001 - 30 yanvar 2006-cı illərdə gənclər, i̇dman və turizm naziri, 30 yanvar 2006 - 20 aprel 2018-ci illərdə mədəniyyət və turizm naziri, 23 aprel 2018-ci ildən 21 may 2020-ci ilə, yəni vəzifədən çıxarılana qədər mədəniyyət naziri olub.
Kəmaləddin Heydərov - Hazırda fövqəladə nallar naziri olan Kəmaləddin Heydərov 17 yanvar 1995 - 6 fevral 2006-cı illərdə Gömrük Komitəsinin rəhbəri olub. O, bu vəzifədə 11 il işləyib. 2006-ci ilin 6 fevralından bu günə qədər Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edir.
Polad Bülbüloğlu - Hazırda Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri olan Polad Bülbüloğlu 5 fevral 1991-ci ildən 30 yanvar 2006-cı ilə qədər mədəniyyət naziri olub. O, bu vəzifədə 15 il işləyib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024