Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (15-02-2023, 12:45)
Yüksək vəzifələrdə ən qısa müddət işləmiş MƏMURLAR - SİYAHI

Yüksək vəzifələrdə ən qısa müddət işləmiş MƏMURLAR
Azərbaycanda uzun müddət eyni vəzifəni tutan yüksək ranqlı məmurlar kifayət qədərdir. Lakin tam əksinə, qısa müddət yüksək vəzifə tutanların sayı da az deyil. Xüsusilə də, müstəqilliyin ilk illərindəki hakimiyyət böhranları dönəmində nəinki bir neçə ay, hətta həftələrlə vəzifədə qalmış məmurlar da olub.

Məsələn, müstəqilliyin bərpasından 1993-cü ilin iyununa qədər olan 2 ildən də az müddətdə daxili işlər naziri postunu 6 fərqli şəxs tutub. Elə həmin dönəmdə, 1991-ci ilin oktyabrından 1993-cü ilin avqustunadək müdafiə naziri vəzifəsini icra edən məmurların sayı isə 7-yə bərabər olub.

Sonrakı illərdə daha çox oturuşmuş kadrların uzun müddət öz vəzifələrini icra etdiyi görünür. Buna baxmayaraq, 1993-cü ildən sonrakı dövr ərzində də yüksək vəzifələrdə qısa müddət qalmış kadrlar olub.

DİA.AZ bildirir ki, Bizim.Media ən qısa müddətə yüksək vəzifə tutmuş məmurları araşdırıb:

Anar Kərimov

Daha əvvəl mədəniyyət nazirinin I müavini vəzifəsini icra edən Anar Kərimov 2022-ci il yanvarın 5-də Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin edilib. Lakin Anar Kərimov nazir vəzifəsində bir il belə qala bilməyib. Belə ki, dekabrın 22-də Prezidentin müvafiq sərəncamı ilə o, tutduğu vəzifədən azad edildi.

Novruz Məmmədov

Siyahıdakı məmurlardan fərqli olaraq Novruz Məmmədov iki fərqli vəzifədə qısa müddət qalması ilə fərqlənir. 1 iyun 2017-21 aprel 2018 tarixlərində Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi vəzifəsində çalışmış N. Məmmədovun sonrakı vəzifəsi Baş nazir olub. Lakin o bu vəzifəni cəmi 19 ay icra edib və 2019-cu ilin oktyabrında istefa verib.

Fuad Quliyev

Sabiq baş nazir Fuad Quliyev də qısa müddət yüksək vəzifə tutmuş məmurlardandır. Onun Baş nazirlik müddəti cəmi 14 ay çəkib. O, 1995-ci ilin mayından 1992-ci ilin iyuluna qədər Baş nazir kreslosunda əyləşib.

Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov iki hökumətin tərkibində təmsil olunsa da, ümumi vəzifə müddəti cəmi 19 ay çəkib. Belə ki, o, 1998-ci il aprelin 5-də xarici işlər naziri təyin edilib. 1998-ci ildə keçirilən prezident seçkilərindən sonra hökumətin yenilənən tərkibində də Zülfüqarov eyni vəzifəni icra etməyə davam edib. Lakin 1999-cu ilin oktyabrında T.Zülfüqarov xarici işlər naziri vəzifəsində istefa verib.

Lalə Şövkət

Azərbaycanın sonuncu dövlət katibi Lalə Şövkət də qısa müddət yüksək vəzifədə qalmış məmurlardandır. O, 1993-cü ilin iyulunda təyinat aldığı vəzifəsindən cəmi 5 ay sonra, yanvarın 29-da istefa verib. Lalə Şövkətin istefasından sonra Azərbaycan dövlət katibi vəzifəsi də ləğv edilib.

Hacıbala Abutalıbov

2001-ci ildən 2018-ci ilə qədər 17 il müddətinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olan Hacıbala Abutalıbovun Baş nazir müavini postundakı vəzifə müddəti qısa çəkib. 21 aprel 2018-ci il tarixində Baş nazirin müavini vəzifəsinə təyin olunan H.Abutalıbov cəmi 18 ay sonra kreslosunu itirib.

Vaqif Novruzov

Sabiq daxili işlər naziri Novruzovun nazir kimi fəaliyyəti cəmi 9 ay davam edib. Belə ki, Vaqif Novruzov 3 iyul 1993-cü ildə Azərbaycanın daxili işlər naziri təyin edilib, 1994-cü il aprelin 29-da vəzifəsini təhvil verib.
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024